"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanlı girovlarla bağlı müraciət

20 İyul 2014 - 09:52
in ÖNƏMLİ

Bunu da oxuyun

Kəlbəcərin Baş planı təsdiqləndi

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

Müraciətdə Ermənistan tərəfinin beynəlxalq hüquq normalarını pozduğu bildirilirimg1607073
Qara dəniz və Xəzər dənizi Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq Fondu Azərbaycanın erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş Kəlbəcər rayonu ərazisində azərbaycanlıların əsir götürülməsi ilə əlaqədar Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edib. Bu barədə Fondun mərkəzi ofisindən məlumat verilib.
Müraciətdə işğal olunmuş Kəlbəcər rayonunda doğma yurdlarına ata-babalarının məzarlarını ziyarət etməyə gedərkən amansız işgəncələrə məruz qalmış azərbaycanlıların erməni hərbçiləri tərəfindən əsir götürülməsi ilə əlaqədar ciddi narahatlıq ifadə edilib. Müraciətdə deyilir: “Baş vermiş hadisələr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizama salınması prosesinə mənfi təsir göstərir, ümumiyyətlə, Qara dəniz – Xəzər dənizi regionunda təhlükəsizliyin və sabitliyin bərpasına maneçilik törədir. Beynəlxalq Fond bunu başa çatmaq mərhələsində olan “Barışığa doğru gedən yol: uzun sürən Qara dəniz – Xəzər dənizi regionu münaqişələrinin iqtisadi, sosial və siyasi nəticələri və onların nizama salınması perspektivləri” adlı elmi-tədqiqat işində də xüsusi qeyd edir”. Müraciətdə xüsusilə vurğulanır ki, bu hərəkətləri ilə Ermənistan tərəfi beynəlxalq hüquq normalarını və Helsinki Yekun Aktının prinsiplərini pozur.
Müraciətdə daha sonra deyilir: “Bundan başqa, Qarabağda Azərbaycana qarşı Ermənistanın 22 illik hərbi təcavüzü beynəlxalq prinsiplərin və normaların, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, xüsusən də atəşin dayandırılması məqsədi ilə bütün hərbi əməliyyatlara və düşmənçilik aktlarına dərhal son qoyulmasını, habelə bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın işğal olunmuş digər rayonlarından dərhal çıxarılmasını tələb edən 822-ci qətnamənin yerinə yetirilməməsi problemlərinin mövcud olduğunu təsdiq edir”.
Sənəddə beynəlxalq birliyin, xüsusən ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinə laqeyd münasibət göstərdiyi qeyd olunur və bildirilir ki, hamı vasitəçilərdən aktiv fəaliyyət gözləyir.
Müraciətdə deyilir: “Beynəlxalq Fond Beynəlxalq Qırmızı Xaç Komitəsini onun bütün imkanlarından istifadə edərək əsirlərin müvəqqəti saxlanması üçün normal şəraiti təmin etmək məqsədi ilə ən qısa müddətdə lazımi tədbirlər görməsinə imkan verən mandat çərçivəsində əsirlərlə görüş təşkil etməyə və onların tezliklə azad edilməsinə nail olmağa çağırır. Beynəlxalq Fond bir daha qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları və prinsipləri, ərazi bütövlüyünə, suverenliyə hörmət, qüvvə tətbiq etməmək, dinc vətəndaşlara qarşı zor işlətməmək prinsipləri əsasında ən qısa bir zamanda nizama salınmalıdır”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Vurulan “Boeing”də Saakaşvilinin xanımı da uçmalı imiş

Next Post

14 İsrail əsgəri öldürülüb

Bənzər yazılar

Kəlbəcərin Baş planı təsdiqləndi

Kəlbəcərin Baş planı təsdiqləndi

02 May 2024 - 10:35

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib.  Elchi.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Bildirilib...

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

01 May 2024 - 15:37

Xarici işlər naziri Ceyhun Bayramov UNESKO baş direktorunun sosial və humanitar elmlər üzrə köməkçisi Qabriela Ramosla BMT-nin İqlim Dəyişikliyi üzrə...

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

23 Aprel 2024 - 12:42

Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş nazirinin...

“Bankların təyin etdiyi faiz rəqəmlər ölkəmizin sosial vəziyyətinə uyğun deyil”

“Bankların təyin etdiyi faiz rəqəmlər ölkəmizin sosial vəziyyətinə uyğun deyil”

17 Aprel 2024 - 16:39

Bank sahəsi üzrə aparılan son araşdırmalara görə bankların faiz dərəcələri 9.5%-26% aralığında müəyyən edilib. Vətəndaşlar faiz dərəcələrin yüksək olma səbəbini...

Next Post

14 İsrail əsgəri öldürülüb

Putinin İspaniyadakı yeni möhtəşəm villası – Foto

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.