"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Mirmahmud Fəttayev Prezident Administrasiyasına ÇAĞRILDI

20 May 2022 - 15:42
in ÖNƏMLİ

Ölkəmizdə yeni siyasi konfiqurasiyanın inkişafı, iqtidar-müxalifət dialoqunun davamı olaraq Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev mayın 20-də Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Fəttayev ilə görüşüb.

Bunu da oxuyun

Kəlbəcərin Baş planı təsdiqləndi

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən Elchi.az-a verilən məlumata görə, görüş zamanı Administrasiya rəsmisi Vətən müharibəsində qazanılmış Qələbə, müharibə dövründə siyasi partiyaların siyasi həmrəylik nümayiş etdirməsi, regionda yeni siyasi reallıqların yaranması barədə geniş söz açıb. Bu reallıqlar kontekstində Prezident İlham Əliyevin siyasi iradəsi ilə aparılan iqtidar-müxalifət dialoqu barədə danışan şöbə müdiri bildirib ki, dövlətçiliyin, müstəqilliyin qorunmasında, siyasi plüralizmin, fikir azadlığının təmin olunmasında siyasi partiyaların yeri və rolu danılmazdır. Bu səbəbdən, ölkəmizdə aparılan siyasi dialoq gələcəkdə siyasi sistemin təməl prinsiplərini möhkəmləndirəcək.

Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan köklü siyasi islahatlar nəticəsində siyasi partiyaların fəaliyyəti üçün bütün imkanlar yaradılıb. Siyasi partiyaların qərargahla təmin olunması, media resurslarının bütün imkanlarından geniş istifadə etməsi, qurultaylarının keçirilməsi və nəticələrinin dövlət qeydiyyatına alınması, siyasi partiyaların mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə fəaliyyətlərini qurması, fikir və söz azadlığının təmin olunması, çoxpartiyalı sistemin inkişafı yeni siyasi konfiqurasiyanın tərkib hissəsidir. Bundan əlavə, yaradılmış yeni siyasi partiyaların dövlət qeydiyyatına alınması hər kəsə bərabər şəraitin yaradılmasını özündə ehtiva edir. Siyasi dialoqun nəticəsi kimi bu gün müxalifətlə iqtidar arasında sağlam əməkdaşlıq mühiti formalaşıb, hər bir partiya yeni reallıqları qorumalı və inkişaf etdirməlidir.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Fəttayev öz növbəsində ölkəmizdəki siyasi dialoq təşəbbüslərini yüksək qiymətləndirdiyini bildirib, Vətən müharibəsi zamanı əldə olunmuş siyasi birliyin və milli həmrəyliyin Qələbənin və dövlətçiliyimizin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb. İqtidar-müxalifət dialoqu və yeni siyasi konfiqurasiyanın önəmi barədə danışan partiya sədri deyib ki, Klassik Xalq Cəbhəsi partiyası öz fəaliyyətini hər zaman dövlətçiliyin qorunması istiqamətində qurub və bundan sonrada bu istiqamətdə işlərini davam etdirəcək.

Sonda ölkəmizdə siyasi dialoq mədəniyyəti, dövlət siyasətinin müxtəlif istiqamətləri ilə bağlı siyasi partiyaların təklif və təşəbbüsləri, işğaldan azad olunan torpaqlarımızda aparılan quruculuq işləri, Böyük Qayıdış prosesi, beynəlxalq münasibətlər sistemində Azərbaycana olan ikili münasibət barədə fikir mübadiləsi aparılıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Ermənistanla əməkdaşlıq etməyə hazırıq” – Ceyhun Bayramov

Next Post

Brüsseldə növbəti görüş:Nələr müzakirə olunacaq?

Bənzər yazılar

Kəlbəcərin Baş planı təsdiqləndi

Kəlbəcərin Baş planı təsdiqləndi

02 May 2024 - 10:35

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib.  Elchi.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Bildirilib...

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

01 May 2024 - 15:37

Xarici işlər naziri Ceyhun Bayramov UNESKO baş direktorunun sosial və humanitar elmlər üzrə köməkçisi Qabriela Ramosla BMT-nin İqlim Dəyişikliyi üzrə...

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

23 Aprel 2024 - 12:42

Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş nazirinin...

“Bankların təyin etdiyi faiz rəqəmlər ölkəmizin sosial vəziyyətinə uyğun deyil”

“Bankların təyin etdiyi faiz rəqəmlər ölkəmizin sosial vəziyyətinə uyğun deyil”

17 Aprel 2024 - 16:39

Bank sahəsi üzrə aparılan son araşdırmalara görə bankların faiz dərəcələri 9.5%-26% aralığında müəyyən edilib. Vətəndaşlar faiz dərəcələrin yüksək olma səbəbini...

Next Post
Brüsseldə növbəti görüş:Nələr müzakirə olunacaq?

Brüsseldə növbəti görüş:Nələr müzakirə olunacaq?

“Mərkəz islahatların hüquqi bazasının yaradılmasına ciddi töhfə verəcək”

“Mərkəz islahatların hüquqi bazasının yaradılmasına ciddi töhfə verəcək”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.