"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Mən Mübarizin qisasını almışam”

13 Noyabr 2014 - 23:00
in CƏMİYYƏT MANŞET



Şəhid üçün ağlamayın, analar,10748731_774938249239150_1684330482_n
Şəhid ömrü ömür boyu anılar.
Şəhid qanı yağılardan alınar,
Şəhid üçün ağlamayın, analar!

Bunu da oxuyun

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

Bəli, torpağın üzü soyuqdur, deyirlər. Yəqin elə ona görədir ki, torpağa tapşırılanlar zaman-zaman unudulur, yaddaşlardan silinir. Fərq burasındadır ki, şəhidlər  unudulmurlar. Onlar Tanrı qədər müqəddəsləşir. Tanrı qədər böyüyür! Şəhidlər torpağa deyil, ürəklərə gömülür-şəhid dərdi ürəklərdən su içir. İnsanın qəlbindən su içən dərd, heç vaxt unudula bilməz…
Təbiətin özünəməxsus qanunları var. Bir fikir verin, qaranquşlar öz köçü ilə yazın gəlişini, yamacların tər çiçəkləri isə təbiətin ətrini gətirir. Şəhidlik də elə təbiətin yazılmış qanunlarından biridir. Deyərdim ki, bu təbiətin ən uca, ən ali qanunudur. Bəli, qaranquşlar yazın gəlişini, çiçəklər təbiətin ətrini gətirdiyi kimi, şəhidlər ölməzliyi ilə bərabər, özüylə böyük vətən sevgisi, xalq sevgisi gətirir. Şəhidlərin ruhu əbədiyaşar sevgidən yoğrulmuş, həmişə haqqa boylanan bir pak varlıqdır. Belə bir sevgi, heç vaxt torpağın qatına gömülə bilməz. Sevgiyə bələnmiş şəhid ruhları zaman-zaman torpağın qatından göyərir, boy atır və öz sevgisini həmişə bizlərlə paylaşır.
Doğma Biləsuvarımız özünün igid oğulları ilə gündən-günə “Qəhrəman şəhərə” çevrilməkdədir. Milli Qəhrəman Mübariz İbrahimov al qanı ilə “Vətən”, “Millət” adlı qəhrəmanlıq salnaməsini yazdı tarixə. Şəhidlik şərbətini dadmaqdan çəkinməyən igidlərimiz, bu qəhrəmanlıq salnaməsinə yeni töhvələr verməkdədir. Bu gün də gənclərimiz Milli Qəhrəman Mübariz İbrahimovun yolunu şərəflə davam etdirirlər. Zabit, gizirlərimizin, gənc əsgərlərimizin erməni qəsbkarlarının qəfil hücumlarına qarşı apardıqları rəşadətli döyüş, məğrurluq, mübarizlik dediklərimizin bariz nümunəsidir. Söz yox ki, bu döyüşlər heç də itkisiz ötüşmür. Ancaq unutmaq olmaz ki, hər bir itkinin arxasında, illər boyu qanımız, canımız bahasına qazandığımız Müstəqil Azərbaycan Respublikası dayanır. Çox təəssüf ki, yenə də erməni dığalarının təcavüzünə qarşı döyüşlərdə ağır itkilərlə üzləşməkdəyik.
Elə onlardan üçü – bu il avqustun 1-dən 2-nə keçən gecə erməni kəşfiyyat-təxribat qrupunun cəbhənin Ağdam-Ağdərə istiqamətində yerləşən mövqelərimizə növbəti hücumunu dəf edərkən qəhrəmancasına şəhid olmuş gizir Pərvin Səlahəddin oğlu Əliyevlə kiçik gizir Rahil Əfsər oğlu Hüseynov və həmin döyüşlərdə ağır yaralanaraq bir müddət sonra vəfat etmiş Anar Vidadi oğlu Qarazadə Biləsuvar rayonunun Nərimankənd kənd sakinləridir. Hər üç şəhidimiz doğulub böyüdükləri Nərimankənd kəndində son mənzilə yola salınıblar. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən, şəhidlər ölümlərindən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif ediliblər. Şəhid olmuş hərbi qulluqçuların medalları Nərimankənd kəndində ailələrinə təntənəli şəkildə təqdim olunub.
Mərasimlərdə kənd sakinləri ilə yanaşı, Milli Məclisin deputatları, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, yerli icra strukturları və hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak etmişlər. Millət vəkili Xanhüseyn Kazımlı, Müdafiə Nazirliyinin əməkdaşı Abdulla Qurbani, Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev çıxış edərək, şəhidlərimizin şücaətindən, şəhidliyin müqəddəsliyindən və düşmən tapdağı altında olan torpaqlarımızın tezliklə azad olunacağından söhbət açaraq, şəhid valideynlərinə Tanrıdan səbr diləmişlər.
Hər üç şəhidin dəfn mərasimindəki izdiham, bir daha xalqın öz şəhidinə olan sonsuz hörmət və ehtiramının təcəssümü idi. Bu arada şəhidlərin müəllimləri, doğmaları ilə də həmsöhbət olduq:

Faiq CƏFƏROV (Nərimankənd kənd tam orta məktəbin direktoru):

Şəhidlərimiz- Pərvin Əliyev, Rahil Hüseynov, Anar Qarazadə vətənpərvər, əsl vətənə layiq övladlar idi. Bunu da şəhidlik zirvəsini fəth etmələri ilə təsdiqlədilər. Onların hər birini uşaqlıqdan tanıyıram, dərs demişəm. Dərslərində də davamiyyətli, vətənpərvərlikləri ilə seçilirdilər. İdmanla ciddi məşqul olmaları gözümün önündədir. Onların vətənpərvər olmalarını mən hələ aşağı siniflərdən hiss edirdim. Kəndimiz son günlər üç şəhidini qəbul etdi. Lakin biz bundan kədərlənmirik, Vətən dar günündə  igid, qəhrəman oğullarına güvənməli, şəhidləri ilə öyünməlidir. Bir müəllim kimi qeyd edim ki, bu gün Nərimankənd kəndində böyüməkdə olan gənc nəsil Mübariz davamçıları olaraq Pərvin, Rahil, Anar ruhda tərbiyə olunur və bu əzmlə böyüyürlər.

Qılıncxan ƏBİLOV(Nərimankənd tam orta məktəbin fizika-riyaziyyat müəllimi):

Şəhidlərimiz haqqında danışarkən bir müəllim kimi köks ötürməyə bilmirəm. Çünki gözümün önündə böyüyüb bu uşaqlar. Hər üçü namuslu, qeyrətli, vicdanlı, vətəninə bağlı ailələrdə tərbiyə alıblar. Kənddə yaşlı sakin, həm də müəlliməm, onların ata-babaları ilə dost olmuşam, çörək kəsmişəm. Bu gün mən fəxrlə deyə bilərəm ki, hər kəs   şəhidlik zirvəsinə yüksələ bilməz, bu genlə bağlı olan bir şeydir… Bütün şəhidlərimizin ruhları şad olsun; şad olsun ki, ana torpağımız düşmənə bac verməz Mübarizlər, Pərvinlər, Rahillər, Anarlar yetirir, bu xalqa, bu millətə!..  

Rəşadət ƏSGƏROV (Şəhid Pərvin Əliyevin qohumu):

Vətən Sağ Olsun!. Bizim ailənin şərəflə söylədiyi bir söz var. Bu, Pərvinin arzusu idi. Onun arzusuna çatdığı üçün təəssüflənməyə dəyməz. Bir arzusu da var idi ki, oğlu Riad atası şəhid olduqdan sonra döşünə şərəf ordenini fəxarət hissi ilə taxsın. Sağlıgında da mütəmadi olaraq oğluna bunları təbliğ edirdi. Oğlu və ailəsi Pərvinin şəhid olacağı günün çox uzaqda olmadığını bilirdilər. Biz hamımız özümüzü bu günə hazırlamışdıq. Bir söz deyim – Pərvin mütəmadi olaraq döyüş bölgəsində olurdu, o, öldürdüyü ermənilərin sayını belə (özü dediyinə istinadən) itirmişdi. Pərvin deyirdi ki, mən Mübarizin qisasını almışam, hətta özüm şəhid olacağım günə qədər özümün belə qisasımı almışam.
Məlumat üçün bunu da bildirim ki, onu öz hərbi hissəsindən nümunəvi xidmətinə görə Müdafiə Nazirliyinə işə götürmüşdülər. Lakin yeni vəzifəsində sadəcə 3 ay dözə bildi, sonra öz ərizəsinə əsasən hərbi hissəsinə qaytarılmasını, onun yerinin ön cəbhə olduğunu təkidlə tələb etmişdir. Bir neçə ərizədən sonra müraciətinə baxılmadığını görəndə aidiyəti ünvana axrıncı ərizəsində belə qeyd etmişdir -Şəhid Pərvin Səlahəddin oğlu Əliyev tərəfindən ƏRİZƏ … Fəxr edirəm ki Pərvin kimi qaynım olub, sağlığında belə bir iradə, qətiyyət sahibi ilə ünsiyyət qurmuşam.
Beləcə, üç şəhidimizi də son mənzilə yola saldıq. Qeyd edək ki, bununla da, Nərimankəndin Azərbaycanın ərazi bütövlüyü uğrunda verdiyi şəhidlərin sayı 10-a çatdı. Şəhidlərimizin ruhu yayılım atəşləri ilə yad olundu. Şəhid cənazələri üçrəngli bayrağımıza bükülmüşdü. Ancaq bu anda qırmızı rəng cənazələrin örtüyündə daha çox diqqət çəkirdi. Şəhidlərimizin al qanı bahasına müstəqil ölkəmizin əbədi rəmzinə çevrilən bu rəng çaları bizi azadlığa səsləyən, üfüqdən boylanan, sabahımıza xoşbəxtlik, səadət gətirəcək günəşin al qırmızı rəngini xatırladırdı hər kəsə… Biz üzümüzə belə bir nurlu sabahın açılmasına əminik və inanırıq. Çünki bizim hərbi potensialımız, güclü dövlətimiz və bütün dünyada siyasi cəhətdən ölkəmizin ərazi bütövlüyünü, müstəqilliyini təsdiq etməyi, müdafiə etməyi bacaran Ali Baş Komandanımız var!
Azərbaycan həmişə öz  qəhrəman oğulları ilə dünyaya səs salıb, ər igidlərinə güvənib. Həmişə ayıq-sayıq ol, Azərbaycan əsgəri! Ölməz şairimiz Qabilin təbirincə desək, Ümid sənədir ancaq, Azərbaycan əsgəri!..



Samir QURBANOV

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ukrayna ordusunda itkilər artır

Next Post

Müdafiə naziri Xəzərdə keçirilən təlimləri izlədi (FOTOLAR)

Bənzər yazılar

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

30 Aprel 2024 - 18:48

Bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşəcək. Elchi.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna...

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

22 Fevral 2024 - 20:17

Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniazini Azərbaycanda səfərdədir. Elchi.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin feysbukdakı səhifəsində...

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

02 Fevral 2024 - 10:20

  Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı "X" səhifəsində paylaşım edib. Elchi.az xəbər verir ki, paylaşımda deyilir: "Bizim gənclər...

Çin Rusiyanın gələcəyini açıqladı

Çin Rusiyanın gələcəyini açıqladı

11 Yanvar 2024 - 09:45

Çin əmindir ki, Rusiya öz mühüm daxili siyasi gündəmini uğurla həyata keçirəcək, milli sabitliyi və inkişafı qoruyub saxlayacaq. Elchi.az “RİA...

Next Post

Müdafiə naziri Xəzərdə keçirilən təlimləri izlədi (FOTOLAR)

"Biz öz ərazimizi müdafiə etmişik"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.