"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Qərb Ukraynanı güzəştə məcbur edəcək”

25 May 2022 - 17:05
in MANŞET

Qüdrət Həsənquluyev: “ABŞ bu müharibəyə ona görə imkan verdi ki, Rusiyanı zəiflətsin, Avropa İttifaqını və NATO-nu isə öz ətrafında sıx birləşdirsin”

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin “Xalq cəbhəsi” qəzetinə müsahibəsi

– Qüdrət bəy, ABŞ-da 19 şagirdin və 2 müəllimin 18 yaşlı bir gənc tərəfindən güllələnərək qətlə yetirilməsinə münasibətinizi bilmək istərdik.

– Bu hadisəyə çox üzüldüm, Allah bu günahsız insanların yerini behiştlik, buna şərait yaradan siyasətçilərə isə lənət eləsin.Təəssüf ki, bu nə birinci hadisədir, nə də sonuncu olmayacaq. Mövcud ABŞ siyasi sisteminin korrupsiyalaşması, iki partiyalı sistemin çürüməsi göz önündədir. ABŞ Konstitusiyasına görə insanların silah əldə etmək hüququna istinad edib, qanunla silah əldə etmək hüququnun məhdudlaşdırılmaması ABŞ siyasi elitasının əksər üzvülərinin Amerika Silah Assosiasıyasından qidalanmasından və faydalanmasından qaynaqlanır. Hər belə hadisədən sonra ABŞ Prezidentləri, konqres üzvüləri timsah kimi yalandan göz yaşı tökürlər,başqalarını ittiham edirlər, amma özləri real olaraq heç bir addım atmırlar. Konstitusiyanı dəyişmək də mümkündür, əgər istək olarsa. Amma Konqres üzvüləri korporativ maraqlarından çıxış edərək bunu etmirlər, çoxsaylı kütləvi etirazlara, ictimai təzyiqlərə baxmayaraq. Bəlkə öz övladlarının başına gələ onda ola bilsin mövqelərini dəyişələr.
– Ukraynada müharibənin başlamasından 3 ay keçdi… Hadisələrin gedişi barədə nə deyə bilərsiniz?
– Əvvəllər də söyləmişəm ki, döyüş meydanında kimin qalib gələcəyindən asılı olmayaraq artıq indididən demək olar ki, strateji və insan itkiləri baxımından, hər iki tərəf uduzub. Bu müharibədən qaçmaq lazım və mümkün idi. Təəssüf ki, bunu edə biləcək şəxslərin buna müdrikliyi çatmadı. ABŞ tərflərdən heç birinin qalib olmasında maraqlı deyil. Ukraynanın qələbəsi Rusiyanın parçalanmasına və proqnozlaşdırılması çətin olan hadisələrə yol aça bilər. Rusiyanın qələbəsi isə ABŞ -a olan inamı sarsıdar və ABŞ-ın özünün dağılmasına yol açar. Ona görə Ukraynaya o həddə kömək ediləcək ki, Rusiya onunla masa arxasında əyləşsin. Hadisələrin gedişi onu göstərir ki, Qərb Ukraynanı güzəştə məcbur edəcək. ABŞ bu müharibəyə ona görə imkan verdi ki, Rusiyanı zəiflətsin, Avropa İttifaqını və NATO-nu isə öz ətrafında sıx birləşdirsin. Çünki onu əsas rəqibi olan Çinlə böyük toqquşma gözləyir.
– Bakı səmasında keçirilən hərbi təyyarələrin təlimlərinə münasibətiniz necədir?
– Qürurvericidir, amma qəza ehtimalı və sakinlərin təhlükəsizliyi baxımından doğru saymıram.
– Ermənistanın 22 mayda Brüsseldə əldə olunmuş razılaşmaları yerinə yetirəcəyinə ümidiniz varmı?
– Çox istərdim ki, Ermənistan yeni qarşıdurmadan qaçmaq üçün beynəlxalq hüquqa hörmət etsin. Amma o müstəqil dövlət deyil və böyük güclər təəssüf ki, münaqişənin həllində hələ ki, maraqlı görünmür. Bürüsseldə əldə olunmuş razılaşmaların rəsmi sənədlə təsdiq olunmaması da dediklərimin əyani sübutudur. Münaqişənin həlli hazırda daha çox özümüzdən və Rusiyadan asılıdır. Biz ermənilərə təzyiqləri artırmalı, Rusiya ilə daha çox işləməliyik. Şarl Mişel də bilməmiş deyil ki, Ermənistan Rusiyasız heç bir qərar qəbul edə bilməz. Bundan başqa Türkiyə 44 günlük savaş dönəmində olduğu kimi Azərbaycanın öz ərazisində suverenliyinin bərpa olunması məsələsini tez-tez gündəmə gətirməli, Qarabağda Azərbaycanla birlikdə iri miqyaslı, bütün qoşun növlərinin iştirakı ilə hərbi təlimlər keçirməlidir. Azərbaycan sürətlə peşəkar ordu quruculuğunu başa çatdırmalı, əlavə müasir silahlar alınmalıdır.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Binalardan nağdsız qaydada mənzil alanlara ƏDV-nin 30%-i geri qaytarılacaq

Next Post

Azərbaycanda daha 9 nəfər COVID-19-a yoluxub, ölən olmayıb

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
Azərbaycanda daha 9 nəfər COVID-19-a yoluxub, ölən olmayıb

Azərbaycanda daha 9 nəfər COVID-19-a yoluxub, ölən olmayıb

Rəsmi Moskva: “Rusiya heç kəsdən qorxmur, hətta ABŞ-dan da…”

Moskva ölkədəki anqlo-sakson KİV-ə qarşı sanksiyalar paketi hazırlayır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.