Fransanın yeni xarici işlər naziri Katerina Kolonna və Ukrayna xarici işlər naziri Dmitri Kuleba arasında ilk telefon danışığı baş tutub.
Bu barədə Ukrayna xarici işlər naziri Kuleba “Twitter“də bildirib.
“Fransanın Ukraynaya dəstəyi dəyişməz olaraq qalır. Biz neft embarqosu da daxil olmaqla, Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinin zəruriliyi barədə razılığa gəldik və həmçinin Ukraynanın Aİ-yə namizəd statusunu müzakirə etdik. Onu Ukraynada qarşılamağı səbirsizliklə gözləyirik”, – ukraynalı nazir qeyd edib.
Kəlbəcərin Baş planı təsdiqləndi
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib. Elchi.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Bildirilib...






