Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.
Elchi.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, danışıq zamanı regional məsələlər, o cümlədən Ukrayna-Rusiya müharibəsi, İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciəti də müzakirə edilib.






