“Əvvəl əlilliyin meyarları 123 idisə, artırılaraq 563-ə çatdırılıb”.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev “Sosial saat”da deyib.
O bildirib ki, bunun nəticəsində indiyə qədər əlillik ala bilməyən şəxslərin də bir çoxu əlillik ala biləcək.
“Əlilliyi müddətsiz olanlar yenidən dəyərləndirməyə cəlb olunmayacaq. Aparılan islahatların mahiyyəti insanları yoxlamalara cəlb etmək deyil, sistemə əlçatanlığı təmin etməkdir” – deyə o qeyd edib.
Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az xəbər...






