Məhkəmə dünən saxlanılan Qazaxıstanın sabiq mədəniyyət və idman naziri, hazırda Qazaxıstan Milli Muzeyinin direktoru olan Arıstanbek Məhəmmədiulı barəsində bu gün həbs-qətimkan tədbiri seçib.
“RİA Novosti“ agentliyinin verdiyi xəbərə görə, bu barədə Qazaxıstan Antikorrupsiya Xidməti məlumat yayıb.
Sabiq nazir büdcə vəsaitlərini (336 min dollar) mənimsəməkdə təqsirli sayılır.
Qeyd edək ki, 2014-2019-cu illərdə mədəniyyət və idman naziri olmuş Arıstanbek Məhəmmədiulı 2019-cu ilin iyununda Milli Muzeyin direktoru təyin olunub.
Kəlbəcərin Baş planı təsdiqləndi
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib. Elchi.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Bildirilib...






