Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qros mayın 28-də Füzuli rayonunda 23 yaşlı fermer Xəyal Abdullayevin minaya düşməsilə bağlı twitter səhifəsində paylaşım edib.
Səfir xəbəri təəssüflə qarşılayıb və ona tam sağalmağı arzu edib.
Zakari Qros həmçinin qeyd edib ki, Fransa Səfirliyi minatəmizləyicilər üçün detektorlar və alət dəstləri almaqla Azərbaycanda minatəmizləmə işlərinə dəstək verir.
Sabah Bakıya yağış yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...






