"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Los Ancelesdə Azərbaycanın Müstəqillik Günü qeyd olunub – FOTO – VİDEO

30 May 2022 - 10:45
in SİYASƏT

Azərbaycanın Müstəqillik Günü və Azərbaycan-ABŞ diplomatik münasibətlərinin qurulmasının 30 illiyi Los Ancelesdə təntənəli şəkildə qeyd olunub. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən keçirilən tədbirdə ABŞ siyasi xadimləri, Dövlət Departamentinin və Los Anceles Vilayətinin rəsmiləri, müxtəlif xarici ölkələrin baş konsulları, tanınmış elm və mədəniyyət xadimləri, jurnalistlər, Azərbaycan icmasının üzvləri, həmçinin dost türk, yəhudi, Pakistan, Koreya, latino, İran və digər icmaların rəhbərləri iştirak ediblər.

Konsulluqdan verilən məlumata görə, Azərbaycan və ABŞ himnlərinin ifasından sonra çıxış edən Azərbaycanın baş konsulu, Los Anceles Konsulluq Korpusunun duayeni (sədri) Nəsimi Ağayev, Azərbaycan tarixində olduqca əlamətdar hadisə olan ilk respublikamızın yaranması və bu respublikanın nailiyyətləri haqda məlumat verib.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Baş konsul Azərbaycanın regional sülhə hazır olduğunu və bunun üçün vacib addımlar atdığını bildirib. Azərbaycan-ABŞ münasibətlərinin son 30 ildə inkişaf etdiyini qeyd edən diplomat, bir çox strateji sahələrdə ölkələrimiz arasında sıx tərəfdaşlıq münasibətlərinin yarandığını və bu münasibətlərin ortaq dəyərlərə və maraqlara söykəndiyini diqqətə çatdırıb.

Sonra çıxış edən ABŞ Dövlət Departamentinin Xarici Missiyalarla İş üzrə Los Anceles Ofisinin regional direktoru Qreçen Franke (Gretchen Franke), ABŞ adından bütün azərbaycanlıları Müstəqillik Günü münasibətilə təbrik edib. Q.Franke son 30 ildə Azərbaycan ilə ABŞ-ın sıx tərəfdaşlara çevrildiyini bildirib. O, ölkələrimizin birgə çalışaraq, Avropada enerji təhlükəsizliyini və sabitliyi təşviq etdiyini, transmilli təhdidlərə qarşı mübarizə apardığını və iki ölkə arasında ticarət və investisiyaların artdığını söyləyib. ABŞ diplomatı qeyd edib ki, beynəlxalq qeyri-müəyyənliklərin çox olduğu indiki dövrdə enerji mənbələrinin diversifikasiyası və beynəlxalq təhlükəsizliyin təmin edilməsi sahəsində ABŞ və Azərbaycanın 30 illik əməkdaşlığı ikitərəfli münasibətlərimizin belə bir tarixi məqamda necə bəhrə verdiyini göstərir.

Sonra çıxış edən Yuta Senatoru Cin Deyvis (Gene Davis) Azərbaycanın ABŞ üçün önəmli strateji tərəfdaş olduğunu və son illərdə ABŞ-ın Yuta ştatı ilə güclü münasibətlərin yaradıldığını qeyd edərək, Yuta Ştat Senatı və Nümayəndələr Palatasının Azərbaycanın Müstəqillik Günü ilə bağlı qəbul etdiyi bəyannaməni baş konsul N.Ağayevə təqdim edib.

Daha sonra çıxış edən Los Anceles Vilayətinin Protokol Xidmətinin rəhbəri Lurdes Saab (Lourdes Saab) Azərbaycan xalqını və Azərbaycan icmasını bu gözəl gün münasibətilə təbrik edərək, Los Anceles Vilayətinin Nəzarətçilər Şurası tərəfindən qəbul edilmiş bəyannaməni təqdim edib.

Tədbirdə, həmçinin Baş Konsulluğun Müstəqillik Günü ilə bağlı hazırladığı qısa film və milli geyimlərimiz nümayiş etdirilib, xalq mahnıları ifa edilib və Ləman Musayevanın ifasında Azərbaycan xalq rəqsləri təqdim olunub. Qonaqlar, Azərbaycan mətbəxinin ləziz təamları və şirniyyatları, həmçinin müxtəlif nəşrlərlə tanış olublar. Tədbir böyük maraqla qarşılanıb.

Los Ancelesdə Azərbaycanın Müstəqillik Günü qeyd olunub - FOTO  - VİDEO

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Mərkəzi İncəsənət Məktəbinin “Şuşa ili” çərçivəsində konserti keçirilib

Next Post

Fransanın yeni xarici işlər naziri Ukraynaya səfər edib

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Fransanın yeni xarici işlər naziri Ukraynaya səfər edib

Fransanın yeni xarici işlər naziri Ukraynaya səfər edib

Qaxda 33 yaşlı kişi itkin düşüb

Qaxda 33 yaşlı kişi itkin düşüb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.