"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Dmitri Kramarenko: “Qazaxıstan – Azərbaycan oyunu gərgin və maraqlı keçəcək”

02 İyun 2022 - 13:07
in İDMAN

“Oyun gərgin və maraqlı keçəcək. Bu komandalar arasındakı matçlar həmişə maraqlı və kifayət qədər gərgin alınır, hansısa tərəf üçün asan olmur”.

Bunu da oxuyun

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

“Report”un məlumatına görə, bunu Rusiyanın MOİK klubunun qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko Qazaxıstan və Azərbaycan yığmaları arasında keçiriləcək UEFA Millətlər Liqasının I tur oyunu barədə danışarkən deyib.

48 yaşlı mütəxəssis ilk görüşü səfərdə oynamağın daha yaxşı olduğunu bildirib. Azərbaycan millisinin keçmiş üzvü “Astana Arena”nın süni örtüyünün komanda üçün problem yaratmayacağını sözlərinə əlavə edib: “Çünki Azərbaycanda keyfiyyətli süni örtüklü sahələr kifayət qədərdir. “Astana Arena”nın da süni örtüyü yaxşıdır. Ona görə də uyğunlaşma baxımından, bəlkə ilk 20-25 dəqiqəyə alışmaq lazım gələcək, sonra hər şey qaydasına düşəcək. Hər iki komanda ilk oyuna optimal vəziyyətdə çıxacaq. Hər ikisində səviyyəli oyunçular var. Nəticəni proqnozlaşdıra bilmərəm, amma mənə elə gəlir ki, şanslar bərabərdir. Təbii ki, milli komandama – Azərbaycan yığmasına azarkeşlik edəcəyəm. Hər iki komandaya Millətlər Liqasında uğurlar arzulayıram”.

Kramarenko qapıçı olduğu dönəmdə – 2004-cü ildə Qazaxıstanı 3:2 hesabı ilə məğlub etdikləri yoldaşlıq oyununu barədə də danışıb: “Həmin matçda qalib gəldik. Təəssüratlarım yaxşıdır. Stadion dolu idi. Almatıda Qazaxıstan seçməsi azarkeşlərindən çox dəstək aldı. Səhv etmirəmsə, 2:1 hesabı ilə öndə idik. Rəqib hesabı bərabərləşdirdi və daha sonra 3:2 oldu. Görüşün bitməsinə az qalmış qələbəni qopara bildik. Yadımdadır, həmin vaxt Qazaxıstan yığmasında kifayət qədər bacarıqlı oyunçular var idi. Biz qələbə qazanmağı bacardıq, bu, çox sevindirici idi. Dolu tribunalar önündə qalib gəlmək xoşdur”.

Mütəxəssis 2004-cü ildə Qazaxıstanın “Jenis” klubuna transfer olmasından və burada rəsmi matça çıxa bilməməsindən də söz açıb: “Burada hər şey kifayət qədər sadədir: Razılaşa bilmədik. Bu, maliyyə baxımından deyildi, bəzi texniki məsələlər var idi. Mən klubun ovaxtkı rəhbərliyinə minnətdaram. Çünki onlar həmin müddətdə bəzi texniki məsələləri həll etməyə çalışdılar. Demək olar ki, bu hadisədən 20 il keçib. Məni yaxşı qəbul etmişdilər. Amma bəzi texniki məqamlar var idi ki, mənə “Jenis”də oynamağa imkan vermirdi”.

Kramarenko 2021-ci ilin mayından Azərbaycan millisində məşqçi kimi fəaliyyət göstərmədiyini sözlərinə əlavə edib: “Klub və milli komandadakı işi birləşdirmək o qədər də asan deyil. Bir ildən çoxdur ki, MOİK-də çalışıram. Hər şey yaxşı gedir. Bildiyiniz kimi, əsas qapıçımız İqor Akinfeyevdir. O, müqaviləsini uzadıb, ona görə də işləməyə davam edirik”.

Mütəxəssis Qazaxıstanın “Turan” klubunda çıxış edən Azərbaycan millisinin qapıçısı Emil Balayev haqqında da danışıb: “Hesab edirəm ki, o, Qazaxıstanda daha çox oynamalıdır. Düşünürəm ki, Balayev növbəti bir neçə oyunda öz optimal formasını bərpa edəcək və “Tobol”da olduğu dönəmdəki kimi yaxşı oyun tempi qazanacaq. Ona həm Qazaxıstan klubunda, həm də təbii ki, Azərbaycan millisində uğurlar arzulayıram”.

Qeyd edək ki, iyunun 3-də keçiriləcək Qazaxıstan – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rusiya ötən gün Ukraynanın bir Su-25 qırıcısını, 7 PUA-sını vurub

Next Post

Valyuta hərracında bankların dollara tələbi kəskin artıb

Bənzər yazılar

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

06 May 2024 - 21:27

Almaniyanın "Bayer 04" komandası yeni rekorda imza ata bilər. Elchi.az  xəbər verir ki, Xabi Alonsonun yetirmələri mayın 9-da UEFA Avropa...

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

06 May 2024 - 15:40

Futbol üzrə Azərbaycan millisinin beynəlxalq yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib. Elchi.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma...

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

06 May 2024 - 14:46

Kişi həndbolçuların Azərbaycan çempionatında 19-cu tura Bakıda start verilib. Elchi.az xəbər verir ki, “AHF Arena”da keçirilən turun mərkəzi oyununda “Azəryol”la “Kür” üz-üzə...

“Qarabağ” “Neftçi” ilə oyunda rekorda imza atıb

“Qarabağ” “Neftçi” ilə oyunda rekorda imza atıb

06 May 2024 - 11:03

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə vurduğu ev qollarının sayını 50-yə çatdırıb. Elchi.az  Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər...

Next Post
Valyuta hərracında bankların dollara tələbi kəskin artıb

Valyuta hərracında bankların dollara tələbi kəskin artıb

Rusiya MN: Ukraynada son sutkada 128 hərbi obyektə zərbələr endirilib

Rusiya MN: Ukraynada döyüşən əcnəbi muzdluların böyük hissəsi məhv edilib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.