"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İlkinin günahı olsaydı, onunla çörək kəsməzdim – ŞAHİD

02 İyun 2022 - 14:16
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə, meyiti isə yandırmaqda ittiham olunan İlkin Süleymanovun məhkəməsi davam edir.

Elchi.az xəbər verir ki, ötən gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə onun keçmiş kamera yoldaşları ifadə veriblər.

Eyvaz Əliyev 2020-ci ilin mart-may aylarında Bakı İstintaq Təcridxanasında İlkinlə eyni kamerada qalıb. Qafqazinfo-nun məlumatına görə, 54 yaşlı E.Əliyev deyib ki, o, üç övladını itirib və əgər bu adamın Nərminin öldürülməsində əli olduğuna şübhəsi olsaydı, onunla çörək kəsməzdi:

“İlkin Süleymanovun adını telekanallardan eşitmişdim, azyaşlının ölümünə görə ona qarşı öncədən nifrətim vardı. Hətta o kameraya gedib düşəndə Rəvan adlı kamera yoldaşımıza dedim ki, niyə bununla çörək yeyirsiz? Rəvan oğlu Uğurun canına and içdi ki, bu yazıq günahsızdır, onun heç bu cinayətdən xəbəri yoxdur, döyüb boynuna qoyublar. Mən özüm də 2 ay yarım o kamerada oldum, əmin oldum ki, həqiqətən elə imiş. Mənim nəslimin yarısını Xocalıda qırıblar. Mən üç uşağımı, həyat yoldaşımı itirmişəm. Əgər azacıq şübhəm olsaydı ki, bu işdə əli var, onunla çörək kəsməzdim.

İlkinə görə həmin kamera xüsusi nəzarət altında idi. Başqa kameralardan fərqli olaraq, bizə yemək üçün qızdırıcı, çaydan belə vermirdilər. Kameranın qarşısındakı gəzinti meydançasına buraxmırdılar. Bakı İstintaq Təcridxanasında məni çağırıb İlkinin əleyhinə ifadə almaq istədilər. Amma razılaşmadım. Dedim ki, yalan danışıb dədəmi söydürə bilmərəm”.

Süleymanovla eyni kamerada olmuş Raqif Mirzəyev isə onun üzərində işgəncə izlərinin olduğunu bildirib. Mirzəyevin sözlərinə görə, İlkin təcridxanaya gələndə ayaqlarının altı göy olub: “Əllərini tərpədə bilmirdi, zorla hərəkət edirdi. Elə qorxmuşdu, kamerada kimsə ona yaxınlaşanda çəkinirdi. Elə işgəncə verilmişdi ki, deməyə ehtiyac yox idi, gözümüzlə görürdük. Bizim köməyimizlə hərəkət edirdi. Yaralarına nə qədər maz sürtürdük. Çox pis vəziyyətdə idi.

İlkinə görə yanvar-fevral aylarında kamerada xüsusi nəzarətçi olurdu. Gedəndə gördüm ki, 4 nəfərlik kamerada 5 nəfər var. 1 nəfər nəzarətçi idi. Bir dəqiqə də boş buraxmırdılar oranı. Fevralda gündüz nəzarət ləğv olundu, ancaq gecələr qaldı. Martda ümumiyyətlə ləğv olundu. İlkin əvvəl çəkinsə də, sonradan bizimlə ünsiyyət qurdu. İttiham olunduğu cinayətə gəlincə, deyirdi ki, “mənim vicdanım təmizdir, gec-tez haqq ədalət öz yerini tutacaq”.

Qeyd edək ki, 48 yaşlı İlkin Süleymanov 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinir. İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq 47 gün sonra qətlə yetirib. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. Süleymanov 4 gün Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qaldığı üçün etiraf ifadəsinə imza atdığını bildirir. Baş Prokurorluq isə İlkinə işgəncə verilməsi faktını təkzib edir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Türkiyə Gürcüstana yeni səfir təyin edib

Next Post

Rumıniyalı nazir: “Azərbaycan qaz tədarükü məsələsində Avropanın etibarlı tərəfdaşıdır”

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Rumıniyalı nazir: “Azərbaycan qaz tədarükü məsələsində Avropanın etibarlı tərəfdaşıdır”

Rumıniyalı nazir: “Azərbaycan qaz tədarükü məsələsində Avropanın etibarlı tərəfdaşıdır"

Ermənistan müxalifəti sabaha kütləvi mitinq təyin etdi

Ermənistan müxalifəti sabaha kütləvi mitinq təyin etdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.