"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Büdcə hesabatını MM-in komitə sədrinin təqdim etməsi… – Həsənquliyev

02 İyun 2022 - 21:07
in MANŞET

Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin Publika.az-a müsahibəsi:

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

– Qüdrət bəy, 4 iyun 1993-cü ildə Gəncədə baş vermiş hərbi qiyamdan 29 il ötür, bu gündən hadisəyə münasibətinizi bilmək istərdik.

– Qiyam müstəqilliyimizin bərpasından sonra ən yeni tariximizin ən qara səhifəsidir.Qiyamın nəticəsi olaraq 5 rayonumuz Ermənistan tərəfindən işğal olundu, Azərbaycan dövləti dağılmaq və vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı.Yaxşı ki,ölkəmizdə dövlətimizi qoruya biləcək Heydər Əliyev kimi güclü siyasi lider və dövlət adamı var idi. Siyasi hakimiyyətin müdrikliyi çatdı ki,Heydər Əliyevi Bakıya dəvət edib hakimiyyəti ona təhvil versin. Heydər Əliyev regiondakı geosiyasi vəziyyəti düzgün təhlil edib, beynəlxalq siyasi konyukturanı nəzərə alıb Ermənistanla atəşkəs haqqında sazişə getdi.Ölkə daxilindəki silahlı müxalifəti və Qarabağdan kənar digər bölgələrdə baş qaldırmış etnik seperatizmi aradan qaldırdı. Böyük təzyiqlərə baxmayaraq ölkəmizin yenidən qurulmasında müstəsna rol oynayacaq “Əsrin müqaviləsi”nin imzalanmasına nail oldu. Ölkə daxilində sabitliyi təmin etmək üçün Azərbaycan MDB-yə və KTMT-yə üzv oldu və sözün həqiqi mənasında, dövlət quruculuğu prosesi başladı.

– Milli Məclisin yaz sesiyası rəsmən bağlı elan olundu, nəticələri necə qiymətləndirərdiniz?

– Milli Məclis ali dövlət hakimiyyət orqanı kimi ölkəmizin ictimai-siyasi həyatında, dövlətimizin xarici siyasətinin həyata keçirilməsində əhəmiyyətli rol oynayır. Milli Məclisin sədri və deputatlar müxtəlif beynəlxalq təşkilatlarda və tədbirlərdə, ikitərəfli görüşlərdə ölkəmizi uğurla təmsil edir, Milli Məclisin ali tribunasından, xalqın təmsilçiləri kimi, ölkəmizdə və dünyada baş verən müxtəlif hadisələrə, proseslərə münasibət bildirir, müxtəlif məsələlərin həllinə dair təkliflər irəli sürür, iradlar bildirirlər, qanun yaradıcılığı prosesində iştirak edirlər. İçi mən qarışıq, çoxları MM-dən demokratik, azad bazar iqtisadiyyatına əsaslanan, güclü məhkəmə hakimiyyətinə malik dövlət quruculuğu prosesinə daha çox tövhə verməsini gözləyir, amma onunla təskinlik tapmalıyıq ki, deputatlar da xalqın bir hissəsidir və hər xalq özünün inkişaf səviyyəsinə uyğun olan dövlət hakimiyyət orqanları formalaşdırır. Biz Qərbin yüz illər ərzində qazandığı demokratik dəyərləri 30 il ərzində mənimsəyə bilmərik. Önəmli olan sabitliyin və tədricən də olsa, inkişafın təmin edlməsidir. Bəzi məsələlərin həlli isə zamana bağlıdır.

– Parlamentdaxili demokratiya necə, Sizi qane edirmi?

– Bəzən hə, bəzən yox. Milli Məclisin Daxili Nizamnaməsi qanunla ona görə təsdiq olunur ki, ortada Prezidentin də siyasi iradəsi olsun və çoxluq səsvermə ilə azlığın hüquqlarını poza bilməsin. Məsələn, bizdə təcrübədə olur ki, sanki birdən yuxarıdan bəzi deputatlara “vəhy” gəlir və başlayırlar aşağıdan qışqırmağa ki, çıxışlar kəsilsin. Bu zaman söz istəyən deputatların israr etməsinə baxmayaraq Nizamnamənin 13-cü maddəsinin tələblərinə zidd olaraq onlara söz verilmir. Yaxud başqa bir misal, deputat müzakirələrdə 10 dəqiqə çıxış edə bilər, amma artıq ənənə halını alıb ki, səs vermə yolu ilə bu müddət beş dəqiqəyə endirilsin. Halbuki, Nizamnamənin 11-ci maddəsinin 3-cü hissəsində deyilir ki, “MM-nin iclasına sədrlik edən protokol qaydasında qəbul edilmiş qərar əsasında bu Daxili Nizamnamədə çıxışlar üçün müəyyən edilmiş müddətləri dəyişdirə bilər, çıxışların vaxtını uzada bilər”. Yəni, çıxışların vaxtının dəyişdirilməsi onun azaldılmasını yox, artırılmasını nəzərdə tutur.

– Qüdrət bəy, Milli Məclisin son iclasda “Dövlət büdcənin icrasına dair illik Hesabatın” müzakirəsi zamanı heç olmasa, 2 dəqiqə Sizə söz verilməsi barədə israr etsəniz də, çıxış üçün söz verilmədi, əgər söz verilmiş olsaydı belə 2 dəqiqə ərzində o qədər ciddi sənəd barədə nə deyəcəkdiniz ki?

– Çıxış etməyəcəkdim, sadəcə soruşacaqdım ki, hesabatı niyə Baş Nazir, yaxud hökumət üzvülərindən kimsə təqdim etmədi və payız sesiyasında 2023-cü ilin dövlət büdcəsi də bu qaydada müzakirə olunacaq, ya yox? Yəni hər oxunuşun tələblərinə uyğun olaraq deputatların qaldırdığı məsələlərə hökumət nümayəndəsi münasibət belə bildirmədi. Hökumətin dövlət büdcəsinin icrasına dair hesabatının Milli Məclisə MM-in Komitə sədri tərəfindən təqdim edilməsi dünya təcrübəsində rast gəlinməyən haldır.

– Ümid edirik ikinci oxunuşda hesabata münasibət bildirməyinizə imkan yaradılar…

– Bilirsiniz, mən çıxışlarımda hər zaman real vəziyyəti nəzərə alıram, görülən müsbət işləri də qiymətləndirməyi bacarıram, daha çox çıxışlarımda problemləri göstərməyə, bəzən onların həlli yollarına dair təkliflər verməyə və daha keyfiyyətli qanunların qəbulu üçün çalışıram. Layihələri hətta nöqsanlı olsa belə müdafiə edən çoxlu iqtidar partiyasının nümayəndələri var. Tənqidsiz və alternativ fikirlərin olmadığı auiditoriyanı parlament hesab etmək olmaz. Bu həm də ölkəmizin beynəlxalq imici məsələsidir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rafael Cəbrayılovun cinayət işinə xitam verildi

Next Post

Pele Putinə müraciət etdi: İşğalı dayandır!

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
Pele Putinə müraciət etdi: İşğalı dayandır!

Pele Putinə müraciət etdi: İşğalı dayandır!

Kanadadan İlham Əliyevə məktub GÖNDƏRİLDİ

Kanadadan İlham Əliyevə məktub GÖNDƏRİLDİ

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.