Moskvada yanğın baş verdiyi “Qrand Setun Plaza” biznes mərkəzindən 120 nəfər xilas edilib. Rusiya Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, yanğının davam etdiyi biznes mərkəzindən insanların təxliyəsi davam edir.
Rusiya FHN biznes mərkəzində davam edən yanğının ilkin baş vermə səbəbini açıqlayıb. Nazirlikdən bildirilib ki, yanğına səbəb binanın fasad örtüyünün altında qısaqapanmanın baş verməsidir.
1000 kvadrat metrdən çox ərazinin yandığı bildirilib. Hadisə yerinə 180 nəfər xilasedici və 41 ədəd texnika cəlb edilib.
***
11:39
Moskvada “Qrand Setun Plaza” biznes mərkəzi yanır.
Qorbunova küçəsində yerləşən biznes mərkəzinin damında güclü yanğın baş verib.
Hazırda yanğın yerinə çox sayda yanğınsöndürən və xilasedici cəlb olunub.
Rusiyanın “Telegram” kanalları yanğının baş verdiyi binada onlarla insanın olduğu haqqında məlumat yayıb.
Fövqəladə hallar naziri Kurenkov hadisə yerinə gəlib.
Moskva meri Sergey Sobyanın biznes mərkəzindən insanların təxliyəsi barədə tapşırıq verib.






