"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Dövlət Departamenti ermənilərin azad edilmiş ərazilərdə dini abidələri dağıtmasına dair məlumatlar paylaşıb

03 İyun 2022 - 12:14
in SİYASƏT

ABŞ Dövlət Departamenti Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dini abidələrin ermənilər tərəfindən sistematik şəkildə dağıdılmasına dair məlumatlar paylaşıb.
Dövlət Departamentinin 2021-ci il üzrə Beynəlxalq Din Azadlığı hesabatında qeyd olunub ki, sentyabrın 27-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) “Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin humanitar nəticələri” adlı qətnaməsi qəbul edilib.
Qətnamədə uzunmüddətli münaqişənin bölgədəki mədəni irsə faciəvi təsirləri olduğu qeyd olunub.
Vurğulanıb ki, Assambleya Ermənistanın məsuliyyət daşıdığı dağıntıları və zərərləri, xüsusilə də Ağdam və Füzuli rayonlarının ötən 30 il ərzində total şəkildə dağıdılması və qarət olunmasını, mədəni irsin dəyişdirilməsini qınayıb.
Hesabatda qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərə səfər edən diplomatlar, vətəndaş cəmiyyəti nümayəndələri və jurnalistlərə görə ermənilərin nəzarətində olduğu dövr ərzində təxminən 400 min azərbaycanlıya məxsus çox sayda məscid, ziyarətgah, məzarlıq daxil olmaqla, yüzlərlə dini irs abidəsi qarət olunub, vandalizmə məruz qalıb, murdarlanıb və ya dağıdılıb.
Qeyd olunub ki, professional imzası “REZA” olan beynəlxalq jurnalist Reza Deqati Füzuli, Ağdam, Zəngilan, Kəlbəcər və Cəbrayılda azərbaycanlılara məxsus yüzlərlə məzarlığın sistematik şəkildə dağıdılmasını sənədləşdirib.
“Qəbirlər murdarlanıb, bəzi hallarda məzarların qarət edilməsi məqsədilə dəliklər açılıb, digər yerlərdə isə onların ağır tikinti texnikası ilə dağıdılmasına və ekshumasiyasına dair dəlillər görülüb. Qəbir daşlarının metodik vandalizmi nəticəsində çox az sayda məzar toxunulmadan qalıb. Mərhumun üzünün əks olunduğu qəbir daşları çəkic və ya bənzər vasitələrlə dağıdılıb. Bundan başqa, azərbaycanlı qəbirlərinin qalıqları ekshumasiya edilib və qızıl dişləri çıxarılıb, kəllə və sümüklər ətrafa səpələnib və ya bəzi hallarda məzar tamamilə yox edilib”, – Dövlət Departamentinin hesabatında deyilir.
Hesabatda o da qeyd olunub ki, fotojurnalist Reza Deqati bölgədə ermənilərə məxsus məzarlıqlara faktiki olaraq toxunulmadığını bildirib.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rusiya FHN: Moskvada yanan biznes mərkəzindən 120 nəfər xilas edilib – YENİLƏNİB

Next Post

Son 7 ildə Azərbaycanda 10 mindən çox cinayət işi qeydiyyata alınıb

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Son 7 ildə Azərbaycanda 10 mindən çox cinayət işi qeydiyyata alınıb

Son 7 ildə Azərbaycanda 10 mindən çox cinayət işi qeydiyyata alınıb

Avropa İttifaqı Rusiyaya qarşı 6-cı sanksiyalar paketini təsdiqləyib

Avropa İttifaqı Rusiyaya qarşı 6-cı sanksiyalar paketini təsdiqləyib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.