Ukrayna müdafiə müharibəsi aparır və ABŞ-ın tədarük etdiyi silahlarla Rusiya ərazisindəki obyektlərə zərbə endirməyi planlaşdırmır.
Bunu Ukrayna Prezidentinin müşaviri Mixail Podolyak “Twitter“də bildirib.
“Rusiyanın bu gün bir nömrəli tapşırığı Ukrayna ilə ABŞ arasında etimadı zədələməkdir. Ukrayna müdafiə müharibəsi aparır və (ABŞ-ın tədarük etdiyi) MLRS-dən Rusiya ərazisindəki obyektlərə zərbə endirmək üçün istifadə edilməsini planlaşdırmır. Bizim tərəfdaşlarımız onların silahlarının harada istifadə edildiyini bilirlər. Belə bir niyyətlə bağlı istənilən iddialar Rusiya xüsusi xidmət orqanlarının psixoloji əməliyyatıdır”, – Podolyak qeyd edib.
Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden ölkəsinin Ukraynaya qabaqcıl raket sistemləri göndərə biləcəyini bəyan edib. Ukraynaya göndəriləcək HIMARS sisteminin 49 mil məsafədə zərbə endirmək qabiliyyəti olacağı bildirilib.
Texasda daşqın: 1 uşaq öldü
ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...






