"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qubad İbadoğlu Arif Hacılıya cavab verdi

15 Noyabr 2014 - 13:50
in GÜNDƏM

“Həqiqətən də 3 dəfə görüş təklifi almışam və müsbət cavabımı vermişəm”img1629243

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Müsavat başqanı Arif Hacılı “Yeni Müsavat” qəzetinə müsahibə verərkən, deyib ki, Qubad İbadoğlunu dəfələrlə görüşməyə dəvət etsə də, o, gəlməyib. A. Hacılının bu iddiasına Qubad İbadoğlu cavab yazaraq, onu müsavat.com-a yollayıb və dərc olunmasını istəyib. Həmin cavabı olduğu kimi təqdim edirik:

“Həqiqətən də 3 dəfə görüş təklifi almışam və müsbət cavabımı vermişəm. Birinci təklif konkret zamanda görüş üzərində qurulduğundan, həmin vaxtda görüşmək imkanım olmadığından növbəti gün görüşmək üçün başqa alternativ irəli sürmüşəm. 2-ci və 3-cü təkliflər gün ərzində olub, lakin həmin günlərin heç birində Bakıda olmamışam. Təklif olunan 7 noyabr tarixində Finlandiyada, 13 noyabr tarixində isə Salyan və Lənkəranda yas mərasimində olmuşam. Bununla yanaşı, mən noyabrın 8-də partiyanın  Mərkəzi qərargahında keçirilən görüşə başqanlığa keçmiş namizədlərin hamısını dəvət etmişəm. Lakin  onlardan yalnız Səxavət Əlisoy toplantıya qatılıb. Tural Abbaslı başqa işi olduğuna  görə iştirak edə bilməyəcəyini bildirsə də, Arif  Hacılı  toplantı başlayanda qərargahda olsa  da belə  dəvətlə bağlı ondan heç bir rəy daxil olmayıb. Bütün bunlarla yanaşı onu da  qeyd etmək istərdim ki, Arif Hacılı belə açıqlamalarında səmimi deyil. O bir tərəfdən qucaq açdığını bəyan edir, digər tərəfdən də cəza maşınının idarəçiliyi ilə məşğuldur  və konkret şəxslərin cəzalandırılması ilə  bağlı partiya strukturlarına sifarişlər verir. Belə ki,  son günlər ərzində  Qubadlı rayon təşkilatının üzvü Məhəbbət Muradov, Qaradağ rayon təşkilatının üzvü Kamil Xəlilbəyli partiya sıralarından çıxarılandan sonra, dünən Sumqayit təşkilatı keçmiş seçki məhbusu, fəal və fədakar müsavatçı Ənvər Əhmədə töhmət verib. Aparılan  təhlillər və qiymətləndirmələr  göstərir ki,  indiyə qədər tətbiq olunan cəzalarla  bağlı  gətirilən əsasların heç biri  nizamnamə norması ilə əsaslandırılmayıb. Növbədənkənar qurultayla bağlı Nizamnamənin 4.1.-ci maddəsində norma olduğu halda, Ənvər  bəyin qurultayın  yenidən çağırılması üçün imzaların yığılmasına çağırış etməsinə görə  cəzalandırılması bir daha göstərir ki, belə qərarlar  sifarişlər əsasında  və kobud nizamnamə pozuntusu ilə  verilir. Son qərarlar  cəzalandırılan partiya üzvlərinin yalnız partiyadaxili diskussiyalarda iştirakına və mövqeyinə görədir,  bu  partiyada tənqidlərə dözümsüzlüyün,   tolerantlığın olmamasının göstəricidir,  eləcə də  insanların fundamental haqlarına və azadlıqlarına ziddir.  Bu bir daha göstərir ki, hazırda partiyada  daxili demokratiya, söz və ifadə azadlığının pozulması  ilə bağlı  təhlükəli tendensiya  formalaşıb. Bunu dayandırmaq üçün partiyada qalaraq sonadək mübarizə aparmaq və  hər bir müsavatçının hüququnu qorumaq əzmindəyik”.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Obama: “Rusiya təcavüzkardır”

Next Post

“Xorasan” vuruldu

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

“Xorasan” vuruldu

Fatih Terim AFFA yolunda

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.