ABŞ-ın Feniks şəhərində ticarət mərkəzində atışma baş verib.
Bu barədə “FoxNews” telekanalı məlumat yayıb.
Hadisə zamanı binada 100-ə yaxın adam olub.
İlkin məlumatlara görə, atışmadan əvvəl ziyarətçilər arasında mübahisə olub.
Münaqişə nəticəsində 14 yaşlı qız ölüb, daha 8 nəfər güllə yarası ilə xəstəxanaya yerləşdirilib.
Polis hadisəni törədənləri hələ də yaxalaya bilməyib.
Texasda daşqın: 1 uşaq öldü
ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...






