"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Vilyam Hacıyevin səhhətində problem yaranıb – MƏHKƏMƏ

06 İyun 2022 - 16:08
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Elchi.az-ın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ekspertiza rəyləri açıqlanıb.

Ekspertiza rəylərində göstərilib ki, Vilyam Hacıyevin rəhbərliyi dövründə İmişli rayonunun Səraxı Uşaq bağçasına ayrılan 5 min manatlıq avadanlıq təhvil verilməyib.

Bundan başqa, İmişli rayon Mənzil İstismar İdarəsinə, rayon Mərkəzi Xəstəxanasına, uşaq bağçaları, orta məktəblər və digər obyektlərə ayrılan vəsaitlərin bir qismi təyinatı üzrə xərclənməyib.

Prosesdə Vilyam Hacıyevin vəkili yoxlama aktına əsasən hazırlanmış ekspertiza rəylərinə etiraz edib. Vəkil məhkəməyə sənəd təqdim edərək bildirib ki, ekspertin əsaslandığı yoxlama aktı icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev tərəfindən hazırlanıb.

“Yoxlama aktında nə varsa, ekspert də onu köçürüb. Ekspertin özünün fikri olmayıb, heç nəyə də baxmayıb. Çox qəribə olsa da, yoxlama aktını tərtib edən icra hakimiyyətinin baş mühasibi Cəmil Musayevdir. Həmin Cəmil Musayev ki, burda ifadə verən əksər şahidlər ona rüşvət verdiklərini deyiblər. Yoxlama aktı seçmə üsulu ilə aparılıb. Obyektin birinə baxıb, digərlərini də ona uyğun tərtib ediblər.

2017-ci ildən 2020-ci ilə qədər iki ekspertiza rəyi var. Onlardan birində 5 milyon 684 min, digərində 4 milyon 786 min məbləğ göstərilib. Yoxlama seçmə üsulu ilə aparılıb, obyektlər bir-bir araşdırılmayıb”, – vəkil bildirib.

Təqsirləndirilən şəxsin vəkili vəsatət qaldıraraq icra hakimiyyətinin baş mühasibi Cəmil Musayevin məhkəməyə çağırılmasını istəyib.

Hakim bildirib ki, ekspert rəyləri elan olunub və növbəti mərhələdə sənədlərin tədqiqinə başlanacaq. Vəkil bildirib ki, Vilyam Hacıyevin səhhətində problemlər yaranıb:

“Müvəkkilimin səhhətində ciddi problemlər yaranıb. Hazırda onun səhhəti təcridxana qalmağa imkan vermir. Xahiş edirik, onun müalicə müəssisəsinə yerləşdirilməsinə köməklik edəsiniz”.

Hakim qeyd edib ki, bununla bağlı onlar Penitensiar Xidmətinə yazılı müraciət olunmalıdır. Vəkilin sözlərinə görə, Bakıda keçirilən beynəlxalq tədbirlə bağlı yollarda problem yaranır:

“Məhkəməyə gəlib getmək olmur. Buna görə də məhkəmə prosesi tədbir başa çatana qədər təxirə salınsın”.

Növbəti məhkəmə prosesi iyunun 10-na təyin edilib.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.

Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan olunub.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Lavrov: “Ukrayna Rusiya ilə danışıqlardan imtina edib”

Next Post

Türkiyə və Ukrayna müdafiə nazirləri telefonla danışıb

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post
Türkiyə və Ukrayna müdafiə nazirləri telefonla danışıb

Türkiyə və Ukrayna müdafiə nazirləri telefonla danışıb

Sahibə Qafarova ABŞ səfirilə görüşdü

Sahibə Qafarova ABŞ səfirilə görüşdü

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.