"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycan və İtaliya arasında “yaşıl enerji” sahəsində əməkdaşlıq genişlənir – FOTO

08 İyun 2022 - 18:58
in İQTİSADİYYAT

İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyanın “Technip Energies” şirkətinin nümayəndələri ilə görüşüb.

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

İqtisadiyyat Nazirliyindən Elchi.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib, zəngin bərpa olunan enerji ehtiyatlarına malik olan ölkəmizin “yaşıl artım” və davamlı inkişaf məkanına çevrilməsi məqsədilə görülən işlər diqqətə çatdırılıb. Qeyd olunub ki, bu prioritetin reallaşdırılmasında “Technip Energies” şirkəti ilə enerji keçidi, “yaşıl” texnologiya, sənayenin rəqəmsallaşdırılması, tullantıların idarə edilməsi və monetizasiyası, dəniz külək enerjisi və digər layihələrin icrası beynəlxalq təcrübənin tətbiqi baxımından xüsusilə əhəmiyyətlidir.

Görüş çərçivəsində “Azərbaycan İnvestisiya Şirkəti” ASC və İtaliyanın “Technip Energies Italy S.p.A” şirkəti arasında Əməkdaşlıq haqqında Saziş imzalanıb. Əməkdaşlıq çərçivəsində “Tullantıların Monetizasiyası” layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Layihə termokimyəvi təkrar emal texnologiyası əsasında plastiklə zəngin olan məişət tullantılarından “yaşıl” qazın alınmasını nəzərdə tutur. Emal zamanı yaradılmış məhsulla “Azərikimya” İstehsalat Birliyinin xammal bazasının genişləndirilməsi və “yaşıl sertifikat”ın əldə edilməsi planlaşdırılır. Məhsulun bir hissəsi yüksək istilik dəyərinə görə həmçinin, turbinlərdə enerji istehsalı üçün də istifadə oluna bilər. Sumqayıt şəhərində inşa edilməsi planlaşdırılan zavodun istehsal gücü ildə 30.000 ton olefin (qaz qarışığı), 10.000 ton yanacaq qazı təşkil edəcək.

Layihənin həyata keçirilməsi ölkədə karbon tullantılarının azaldılması ilə ekoloji vəziyyətin yaxşılaşdırılmasına, şəhər tullantılarının emalında xərclərin aşağı salınmasına, “yaşıl” texnologiyaların tətbiqi ilə dairəvi iqtisadiyyatın dəstəklənməsinə, tullantıların innovativ və davamlı emalına töhfə verəcək.

Qeyd edək ki, 60 illik təcrübəyə malik və 15 mindən çox işçi heyəti olan İtaliyanın “Technip Energies S.p.A” şirkəti 34 ölkədə dayanıqlı yanacaq, kimya, tullantıların emalı, qaz və aşağı karbon enerjisi, innovativ texnologiyalar, karbonsuz həllər sahələrində fəaliyyət göstərir.

Azərbaycan və İtaliya arasında “yaşıl enerji" sahəsində əməkdaşlıq genişlənir - FOTO
Azərbaycan və İtaliya arasında “yaşıl enerji" sahəsində əməkdaşlıq genişlənir - FOTO
Azərbaycan və İtaliya arasında “yaşıl enerji" sahəsində əməkdaşlıq genişlənir - FOTO
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Baltik ölkələrində NATO-nun mövqeyinin gücləndirilməsi müzakirə edilib

Next Post

AQTA: Ötən həftə qida zəhərlənməsi ilə bağlı 9 müraciət daxil olub

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post
AQTA: Ötən həftə qida zəhərlənməsi ilə bağlı 9 müraciət daxil olub

AQTA: Ötən həftə qida zəhərlənməsi ilə bağlı 9 müraciət daxil olub

Azərbaycanda transfer pəncərələrinin vaxtı açıqlanıb

Azərbaycanda transfer pəncərələrinin vaxtı açıqlanıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.