"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Şuşa ili” istiqamətində layihə qəbulu elan olunur!

09 İyun 2022 - 20:09
in XƏBƏR LENTİ

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında sərəncamını və gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmasını rəhbər tutaraq Azərbaycan Respublikasının Gənclər Fondu gənclər təşkilatlarını “Şuşa İli”nə həsr olunmuş layihə müraciətlərini təqdim etməyə dəvət edir.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Layihə təklifləri Gənclər Fondunun elektron xidmətlər sistemi vasitəsi ilə 30 iyun 2022-ci il tarixinədək təqdim olunmalıdır. Layihə təkliflərinə həyata keçirilməsi nəzərdə tutulan layihələrin təqdimatları (ppt formatında) mütləq əlavə olunmalıdır.

Təqdim olunacaq layihələrin mövzusu:

Azərbaycan Respublikasında “Şuşa İli”nin elan edilməsi ilə bağlı tədbirlərin təşkili.

-Gənclərin Şuşanın tarixi və mədəni irsi ilə bağlı maarifləndirilməsi
-Şuşanın tarixi, mədəniyyəti, təbiəti, abidələri, özünəməxsus ənənələri barədə araşdırmalar
-Şuşaya qayıdış prosesində gənclərin həvəsləndirilməsi və iştirakı
-Əcnəbi tələbələrin və gənc tədqiqatçıların Şuşanın tarixi və mədəni abidələri və orada aparılan bərpa-quruculuq işləri ilə tanış edilməsi
-Şuşa şəhərində reallaşdırılacaq start-up layihələri
Təqdim olunacaq layihələrin formatı:

Təqdim olunacaq layihələr çərçivəsində Şuşanın tarixi və mədəni irsinin, işğal dövründə Şuşanın tarixi, dini, maddi mədəniyyət abidələrinə vurulmuş zərərin gənc tədqiqatçıların cəlb olunması ilə araşdırılması; Şuşanın onlayn və rəqəmsal alətlər vasitəsi ilə təbliği; Azərbaycanda və xarici ölkələrdə “Şuşa İli”nə həsr olunmuş gənclər tədbirlərinin təşkili; Gənclərin Şuşaya qayıdış prosesinə dəstək təşəbbüsləri və “Şuşa İli” ilə bağlı digər innovativ layihə formatları nəzərdə tutula bilər.

Layihələrin müddəti və məkana dair tələblər:

Layihələrin icra müddətinin 3 ay olaraq müəyyən olunması tövsiyə olunur.

Həmçinin, layihələrin icrası tam və ya qismən Şuşa şəhərində baş tutmalıdır.

Müraciət edən gənclər təşkilatlarına dair tələblər:

“Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən qrant müsabiqəsindən kənar gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi Qaydası”na əsasən Müraciət edən gənclər təşkilatları aşağıda göstərilən xüsusi tələblərə cavab verməlidir:

-son 2 il ərzində ən azı 3 layihə həyata keçirməlidir;
-son 1 il ərzində fəaliyyəti ilə bağlı ətraflı hesabatı Fonda təqdim etməlidir;
-qeydiyyatda olduğu şəhər/rayonda davamlı fəaliyyəti mövcud olmalıdır;
-cəmiyyətə açıq olmalıdır və internet şəbəkəsində daim yenilənən veb-sayta və ya sosial şəbəkələrdə hesablara malik olmalıdır.
Layihələrin təqdim olunmasına dair əsas tələblər:

Fond tərəfindən maliyyələşdirilən layihəsinin icrası başa çatmış, lakin müqavilədə müəyyən edilmiş son tarixə qədər hesabatı Fonda təqdim etməyən gənclər təşkilatlarının müraciətlərinə baxılmır.

Layihələrin qiymətləndirilməsi və maliyyələşdirilməsi Azərbaycan Respublikasının Prezidentinin 29 avqust 2018-ci il tarixli 253 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nın 10.1.1-ci yarımbəndinə müvafiq olaraq hazırlanmış “Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən qrant müsabiqəsindən kənar gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi Qaydası”na əsasən aparılır.

MÜSABİQƏDƏNKƏNAR MALİYYƏLƏŞDİRMƏ ÜZRƏ SƏNƏDLƏR

1.Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən qrant müsabiqəsindən kənar gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi Qaydası
2.Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən müsabiqədənkənar maliyyələşdirilmiş layihələrin icrasının yekunları ilə bağlı resipiyentdən tələb olunan sənəd və materialların siyahısı
3.Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən qrant müsabiqəsi çərçivəsində və müsabiqədənkənar maliyyələşdirilmiş layihənin icra planı forması
4.Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən qrant müsabiqəsi çərçivəsində və müsabiqədənkənar maliyyələşdirilmiş layihənin büdcə Forması
5.Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən qrant müsabiqəsi çərçivəsində və müsabiqədənkənar maliyyələşdirilmiş layihənin tədbirlərinin proqramı Forması
6.Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən qrant müsabiqəsi çərçivəsində və müsabiqədənkənar maliyyələşdirilən layihələrin təsviri hesabat Forması
7.Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən qrant müsabiqəsi və müsabiqədənkənar maliyyələşdirilən gənclər təşkilatlarının layihələri çərçivəsində malların (işlərin və xidmətlərin) alışı üzrə maksimal qiymət hədləri

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Əməkdar müəllimlər imtahana çəkiləcək

Next Post

Rusiya XIN Lavrovun səhvini DÜZƏLTDİ

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post
Rusiya XIN Lavrovun səhvini DÜZƏLTDİ

Rusiya XIN Lavrovun səhvini DÜZƏLTDİ

Ukrayna Putinə sanksiya tətbiq etdi

Ukrayna Putinə sanksiya tətbiq etdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.