"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

AQTA Qurban bayramı ilə bağlı müraciət edib

13 İyun 2022 - 17:28
in SOSİAL

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qurban bayramı ərəfəsində bu sahədə fəaliyyət göstərən şəxsləri dini ayinlərlə yanaşı, heyvan kəsimini və satışını müvafiq qanunvericiliyin tələblərinə uyğun həyata keçirməyə çağırıb.

Bunu da oxuyun

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Bu ərazilərimizə qar yağdı

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

AQTA-dan Elchi.az-a verilən xəbərə görə, adi günlərlə müqayisədə bayram günlərində daha çox heyvanın kəsimi və satışının həyata keçirildiyini nəzərə alaraq, AQTA aidiyyəti dövlət orqanları ilə birgə əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin miqyasını daha da genişləndirəcək. Bununla əlaqədar bildirilir ki, heyvanların kəsimi və satışı aidiyyəti dövlət orqanlarının müəyyən etdiyi yerlərdə həyata keçirilməli, sanitariya-gigiyena tələblərinə uyğun olmayan küçə, yol kənarı, məhəllə və digər ictimai yerlərdə heyvan kəsimi və satışı, eyni zamanda baytarlıq şəhadətnaməsi olmadan iri və xırdabuynuzlu heyvanların daşınması yolverilməzdir.

Bu il 9-10 iyul tarixlərində qeyd olunacaq Qurban bayramı günlərində əvvəlki illərdə olduğu kimi qurbanlıq heyvan kəsimi və satışı xidmətləri müvafiq qurumlarla birlikdə əvvəlcədən müəyyənləşdirilmiş ünvanlarda təşkil ediləcəkdir. Bu satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblərə uyğun kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunacaq. Bununla yanaşı, regionlarda AQTA ilə razılaşdırılmaqla, səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı nəzərdə tutulur.

Qeyd edək ki, kəsim yalnız əvvəlcədən təyin olunmuş heyvan kəsimi məntəqələrində, qurbanlıq heyvanların cəmdəklərinin satışı isə satış şəbəkələrində həyata keçiriləcək.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində fəaliyyət göstərən satış şəbəkələrinə müraciət edərək bildirir ki, soyuducu avadanlıqlarla kifayət qədər təchiz olunmuş, xidmət göstərdiyi ərazidə yaşayan əhaliyə qurbanlıq heyvan sifarişini baytarlıq-sanitariya, sanitariya-gigiyena qaydalarına uyğun təmin etmək üçün müvafiq infrastruktura malik satış məntəqələri əhalidən sifariş qəbul edə və Qurban bayramında əhalinin sağlam, təhlükəsiz qurbanlıq ətlə (heyvan cəmdəyi ilə) təmin olunmasında iştirak edə bilər. Bunun üçün müvafiq imkanlara malik sahibkarlıq subyektlərinin əvvəlcədən Agentliyin ərazi vahidləri üzrə aşağıda qeyd olunan regional bölmələrinə müraciət etməsi xahiş olunur.

Müraciət edən satış məntəqələrinin aşağıda göstərilənləri nəzərə alması zəruridir:

Sifarişi götürülən heyvanların kəsimi yalnız qeydiyyatdan keçmiş kəsim məntəqələrində həyata keçirilməlidir. Bu satış şəbəkələrində diri heyvanların satışı və kəsiminin həyata keçirilməsi qətiyyən yolverilməzdir. Həmin satış məntəqələrində mövcud soyuducu kameraların imkanlarından artıq sifarişlər qəbul olunmamalı, eyni zamanda soyuq qida zəncirinin tələblərinə əməl edilməlidir.

Bakı şəhəri üzrə Agentliyin Bakı regional bölməsi;

Sumqayıt şəhəri, Abşeron və Qobustan rayonları üzrə Agentliyin Sumqayıt regional bölməsi;

Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Xızı rayonları üzrə Agentliyin Xaçmaz regional bölməsi;

Şamaxı, Göyçay, Ağsu, Kürdəmir, İsmayıllı rayonları üzrə Agentliyin Şamaxı regional bölməsi;

Şirvan şəhəri, Salyan, Sabirabad, Saatlı, Hacıqabul, Neftçala rayonları üzrə Agentliyin Salyan regional bölməsi;

Lənkəran şəhəri, Masallı, Yardımlı, Astara, Lerik, Cəlilabad, Biləsuvar rayonları üzrə Agentliyin Lənkəran regional bölməsi;

Mingəçevir və Yevlax şəhərləri, Bərdə, Ağdaş, Tərtər, Ağdam rayonları üzrə Agentliyin Bərdə regional bölməsi;

Şəki şəhəri, Qax, Zaqatala, Baləkən, Oğuz, Qəbələ rayonları üzrə Agentliyin Şəki regional bölməsi;

Gəncə və Naftalan şəhərləri, Samux, Göygöl, Goranboy, Daşkəsən rayonları üzrə Agentliyin Gəncə regional bölməsi;

Tovuz, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy rayonları üzrə Agentliyin Tovuz regional bölməsi;

Ucar, Ağcabədi, Beyləqan, İmişli, Zərdab, Füzuli rayonları üzrə Agentliyin Ucar regional bölməsi.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Next Post

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 3%-dək artıb

Bənzər yazılar

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

06 May 2024 - 11:46

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az  xəbər...

Bu ərazilərimizə qar yağdı

Bu ərazilərimizə qar yağdı

06 May 2024 - 09:51

Mayın 6-sı saat 9:00-a olan məlumata əsasən Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

05 May 2024 - 15:39

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən xəbərə görə, mayın 6-da Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir ki, bu...

Faktiki hava: Bu rayonlara yağış yağdı

Külək güclənəcək, yağış yağacaq

02 May 2024 - 16:51

Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitinin mayın 4-dək fasilələrlə davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25...

Next Post
Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 3%-dək artıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 3%-dək artıb

Marselo 25 titul qazandığı “Real”la vidalaşıb

Marselo 25 titul qazandığı “Real”la vidalaşıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.