"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Xarici diplomatlar Şuşaya səfər edib – FOTO

13 İyun 2022 - 18:09
in SİYASƏT

İyunun 12-si 11 ölkə və 4 qitədən olan xarici diplomatlar Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşa şəhərinə səfər ediblər.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ADA Universitetindən verilən xəbərə görə, Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AlDA) vasitəsilə Xarici İşlər Nazirliyi və ADA Universiteti nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramları tərəfindən birgə təşkil olunan “Əcnəbi Diplomatlar üçün Xarici Siyasət Proqramı – 2022” adlı beynəlxalq kursun iştirakçısı olan 14 xarici diplomat üçün Şuşa şəhərinə xüsusi səfər proqramı təşkil edilib.

Səfər zamanı xarici qonaqlar işğaldan azad olunmuş ərazilərimizdə işğalın ağır nəticələri, Azərbaycan xalqının maddi-mədəni və tarixi irsinə qarşı törədilmiş soyqırım fəaliyyəti nəticəsində dağıdılmış yaşayış məskənləri və mədəni-tarixi nümunələrlə tanış olublar. Eyni zamanda, Ermənistanın beynəlxalq hüquqa zidd və qeyri-insani fəaliyyəti nəticəsində vaxtilə işğal altında olan ərazilərdə ciddi mina təhlükəsinin olduğu və minalanmış ərazilərin dəqiq xəritəsinin Azərbaycan tərəfinə hələ də verilmədiyi, post-müharibə dövründə 200-dən artıq Azərbaycan vətəndaşının, o cümlədən uşaqların və jurnalistlərin mina qurbanları olduğu xarici diplomatların diqqətinə çatdırılıb.

Səfər müddətində Şuşada və yol boyunca işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və geniş miqyaslı tikinti işləri ilə tanış olan qonaqlar aparılan fəaliyyətin həcmi və sürətini alqışlayıblar. Onlara torpaqların azad edilməsi ilə bu ərazilərin yenidən dünyanın iqtisadi, mədəni və turistik xəritəsinə geri qayıtdığı və bugünə kimi Azərbaycan hökumətinin bunun yeganə təminatçısı olduğu bildirilib.

Xarici diplomatlara işğaldan azad olunmuş ərazilərimiz, o cümlədən Şuşa şəhərinin Azərbaycan və Qafqazın ictimai-siyasi həyatında oynadığı rol haqda geniş məlumat verilib. Qarabağ xanı Pənahəli Xan tərəfindən şəhərin əsasının qoyulmasının 270 illiyini qeyd etmək və aparılan quruculuq işlərini sürətləndirmək məqsədilə 2022-ci ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda “Şuşa İli” elan edildiyi bildirilib.

Beynəlxalq səviyyədə insan kapitalının inkişafı və əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyan proqramda 11 ölkədən (Albaniya, Burundi, Çad, Qabon, Qazaxıstan, Macarıstan, Mərakeş, Rumıniya, Paraqvay, Şri-Lanka və Konqo) 14 xarici diplomat iştirak edir. İki həftəlik builki proqram çərçivəsində iştirakçılar üçün Xarici İşlər Nazirliyini təmsil edən peşəkar diplomatlar, ADA Universitetinin mütəxəssis-müəllim heyəti, eləcə də millət vəkilləri, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ARDNŞ, ANAMA, Qarabağ Dirçəliş Fondu, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, ASAN Xidmət və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi qurumların nümayəndələri tərəfindən təqdimat və mühazirələr təşkil olunur.

Xarici diplomatlar Şuşaya səfər edib - FOTO
Xarici diplomatlar Şuşaya səfər edib - FOTO
Xarici diplomatlar Şuşaya səfər edib - FOTO
Xarici diplomatlar Şuşaya səfər edib - FOTO
Xarici diplomatlar Şuşaya səfər edib - FOTO
Xarici diplomatlar Şuşaya səfər edib - FOTO
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Türkiyənin Finladiya və İsveçin üzvlüyünə qarşı çıxması Stoltenberq üçün gözlənilməz olub

Next Post

BMT BA-nın Prezidenti Bakıda QH Gənclər Şəbəkəsinin üzvləri ilə görüşüb – FOTO

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
BMT BA-nın Prezidenti Bakıda QH Gənclər Şəbəkəsinin üzvləri ilə görüşüb – FOTO

BMT BA-nın Prezidenti Bakıda QH Gənclər Şəbəkəsinin üzvləri ilə görüşüb - FOTO

Əli Əsədov Slovakiya şirkətlərini Ələt azad iqtisadi zonasına dəvət edib

Əli Əsədov Slovakiya şirkətlərini Ələt azad iqtisadi zonasına dəvət edib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.