"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

COVID peyvəndinin dəyərləndirilməsi üçün tədqiqatın növbəti mərhələsinə start verilib

14 İyun 2022 - 14:59
in SOSİAL

Ölkəmizdə səhiyyə işçiləri arasında aparılan yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiyanın effektivliyinin dəyərləndirilməsi üzrə tədqiqatın növbəti mərhələsinə start verilib.

Bunu da oxuyun

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Bu ərazilərimizə qar yağdı

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Elchi.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən həyata keçirilən genişmiqyaslı araşdırma ilə bağlı sualları cavablandıran İSİM-in direktoru Qəhrəman Haqverdiyev bildirib. Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 2020-ci il martın 11-də elan olunan pandemiya dövründə Azərbaycanda görülən işlər infeksiyanın geniş yayılmasının və bununla da çoxsaylı ölüm hallarının qarşısını almağa, həm də COVID-19 xəstəliyini ağır keçirən şəxslərin müalicəsinin daha səmərəli təşkilinə imkan verib:

“Pandemiya hələ bitməyib. Amma infeksiyanı törədən virusun zəifləməsi nəticəsində vaksinasiya səviyyəsi yüksək olan bir çox dünya ölkələrində, o cümlədən Azərbaycanda çox az sayda xəstəlik halları (simptomsuz və az ağır) müşahidə edilir. Bununla belə, SARS-CoV-2 virusunun mutasiyaya uğrayaraq yeni tibbi problemlər yaratmaq potensialı tam istisna olunmur. Digər tərəfdən, son 70 ildə hər 10-20 ildən bir yeni virus infeksiyalarının peyda olması həm anti-epidemik tədbirlərin, həm də vaksinlərin hazırlanması və vaksinasiyanın nəticələrinin öyrənilməsinin olduqca əhəmiyyətli olduğunu göstərir.

Vaksinasiyanın effektivliyi həm tədqiqatlarda, həm də real həyatımızda bir daha öz təsdiqini tapır. Vaksinasiyanın sürəti, əhatəliyi və effektivliyinə görə nümunəvi ölkələr sırasında olan Azərbaycanda ilk növbədə tibb işçiləri, yaşlı, immuniteti çox zəif olan və xronik xəstəliklərdən əziyyət çəkən şəxslərin vaksinasiyası sayəsində bir çox ölümlərin və ağır xəstəlik hallarının qarşısı alınmış oldu”.

Qəhrəman Haqverdiyev deyib ki, pandemiya başlanan kimi, bir çox inkişaf etmiş ölkələrdə çoxsaylı tədqiqatlara start verilib:

“Tədqiqatçılar ilk dövrlərdən virusun xəstəlik törədici qabiliyyətini, yaratdığı ağırlaşmaların patofizioloji mexanizmlərini, virus əleyhinə dərmanların təsirini, habelə tətbiq olunan müxtəlif ictimai səhiyyə müdaxilələrinin effektivliyini və zəruriliyini öyrənməyə çalışırdı. Vaksinasiya prosesi başlanan kimi, bir sıra ölkələrdə real həyat şəraitində daha çox tədqiqatlar vaksinlərin effektivliyinin öyrənilməsinə yönəldi. Azərbaycan da istisna deyildi. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə 2021-ci ilin aprel ayından etibarən ölkəmizdə 1500 tıbb işçisinin (həm həkimlər və orta tibb personalı, həm də xəstəxanaların inzibati və texniki əməkdaşları) iştirakı ilə COVID-19 xəstəliyinə qarşı vaksinlərin effektivliyinin öyrənilməsinə başlandı. Tədqiqatın gözlənilən elmi və ictimai səhiyyə baxımından ciddi əhəmiyyətini, habelə ilkin vaksinasiyanın ölkəmizdə məhz ənənəvi metodla hazırlanmış vaksinlə (Çin istehsalı olan koronovak vaksini), buster vaksinasiyanın isə həm Çin vaksini, həm də mRNT əsaslı vaksinlə aparıldığını nəzərə alaraq, onun dünyanın ən nəhəng klinik tədqiqatların qeydiyyatı sistemi olan ABŞ-ın www.clinicaltrials.gov bazasında qeydiyyatı təmin edilib. İlk 9 ay ərzində 7 xəstəxanada çalışan 1500 tibb işçisinin dəstəyi və aktiv iştirakı sayəsində tədqiqatın ilkin mərhələsində mühüm nəticələr əldə edildi. İlkin təhlilin nəticələri nüfuzlu, impakt faktoru 4.3 olan “Qrip və digər respirator viruslar” jurnalında dərc edildi. Bu nəticələr həmçinin növbəti aylarda Azərbaycanda vaksinasiya tədbirlərinin planlaşdırılması baxımından da xüsusi önəm kəsb edir. Belə ki, tədqiqat çərçivəsində həm vaksinlərin effektivliyi, həm də təbii infeksiya və vaksinasiyadan sonra immunitetin yaranması və qoruyucu qabiliyyətinin müddəti də araşdırılır. İlkin nəticələrini nəzərə alaraq, ÜST və ABŞ-ın İnfeksiyalara Nəzarət Mərkəzi (US CDC) Qlobal Səhiyyə üçün İşçi Qrupu vasitəsilə bu önəmli tədqiqatı əlavə 1 il də davam etdirilməsinə dəstək verib”.

O eyni zamanda qeyd edib ki, II mərhələdə aparılan tədqiqat sayəsində, infeksiyanı təbii keçirmiş və 2, 3 və hətta 4 doza vaksinasiyadan sonra immunitetin nə qədər qalıcı və güçlü olduğunu müəyyən etmək imkanı yaranacaq:

“Həmçinin payız və qış aylarında COVID-19 ilə yanaşı, qrip infeksiyası hallarının artma potensialını və iki infeksiyaya məruz qalan şəxslərin daha ağır xəstəlik keçirməsi ehtimalını nəzərə alaraq, tədqiqatın bu ikinci mərhələsində qrip virusunun yayılması və başvermə tezliyi də öyrəniləcək. Beləliklə, tədqiqat həm COVID-19, həm də qripə qarşı daha mükəmməl ictimai səhiyyə və antiepidemik tədbirlərin formalaşdırılması və həyata keçirilməsinə imkan verəcək, qərarların qəbulunun isə elmi sübutlara dayanıqlı olmasını təmin edəcək”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasının vaxtı və gündəliyi bilinib

Next Post

“Azovstal”da ölən daha 64 döyüşçünün meyiti Ukraynaya qaytarılıb

Bənzər yazılar

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

06 May 2024 - 11:46

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az  xəbər...

Bu ərazilərimizə qar yağdı

Bu ərazilərimizə qar yağdı

06 May 2024 - 09:51

Mayın 6-sı saat 9:00-a olan məlumata əsasən Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

05 May 2024 - 15:39

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən xəbərə görə, mayın 6-da Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir ki, bu...

Faktiki hava: Bu rayonlara yağış yağdı

Külək güclənəcək, yağış yağacaq

02 May 2024 - 16:51

Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitinin mayın 4-dək fasilələrlə davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25...

Next Post
“Azovstal”da ölən daha 64 döyüşçünün meyiti Ukraynaya qaytarılıb

“Azovstal”da ölən daha 64 döyüşçünün meyiti Ukraynaya qaytarılıb

“Qarabağ azad edilsə də, hər şey bitməyib” – Çavuşoğlu

“Qarabağ azad edilsə də, hər şey bitməyib” - Çavuşoğlu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.