"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Fərid Şəfiyev Paşinyanın “Əl Cəzirə”yə müsahibəsini şərh edib

15 İyun 2022 - 10:57
in SİYASƏT

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Ermənistanın baş naziri Nikol Paşinyanın “Əl Cəzirə” kanalına müsahibəsinə dair şərh verib.
Fərid Şəfiyev deyib ki, Paşinyan “Əl Cəzirə” kanalına müsahibəsində Ermənistanla Azərbaycan arasında sülh danışıqları prosesində mövcud olan problemlərdən danışıb:
“Bununla bağlı bir sıra məqamlar diqqəti cəlb edir. İlk olaraq görünür, daha əvvəl səsləndirilmiş bəyanatlara baxmayaraq, Ermənistan hökuməti faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü qəbul etmək istəmir. “DQ statusu”nu gündəmə gətirilir. Hər iki tərəf sərhədlərin delimitasiyasının texniki tərəfləri barədə müzakirələr aparmağa müvəffəq olsalar da, delimitasiya razılaşmasının əsasını qarşılıqlı olaraq ərazi bütövlüyü və suverenliyə hörmət təşkil edir. Bu prinsipə riayət olunmadan delimitasiyanı uğurla həyata keçirmək mümkün olmayacaq.
Müsahibəsində nəqliyyat dəhlizləri ilə bağlı açıqlamasında Nikol Paşinyan Laçın və Zəngəzur dəhlizlərini fərqləndirir. Lakin 10 noyabr 2020-ci il bəyanatında Zəngəzurla bağlı “dəhliz” ifadəsi işlədilmədiyi halda, 9-cu maddədə xüsusilə Laçınla bağlı insanlar və yüklərin maneəsiz axını ifadəsi işlədilib. Eyni zamanda Laçın üzərində suverenlik beynəlxalq sənədlərdə təsbit edildiyi və 10 noyabr bəyannaməsində bir daha təsdiqləndiyi kimi Azərbaycanın yurisdiksiyasındadır. Belə ki, 10 noyabr bəyanatının 6-cı maddəsində göstərildiyi kimi, Azərbaycan hər iki istiqamətdən Laçın dəhlizi boyunca insan, nəqliyyat vasitələri və yüklərin daşınmasının təhlüksizliyini təmin etməlidir”.
Fərid Şəfiyevin sözlərinə görə, Paşinyan müsahibəsində deyir ki, biz artıq suverenliyə və sərhədlərin toxunulmazlığına hörmət əsasında regional kommunikasiya xətlərinin açılması məsələsini müzakirə edirik:
“O zaman danışıqlarda da bu prinsiplərə hörmət edilməlidir. Bir sözlə, Zəngəzur və Laçın müvafiq olaraq Ermənistan və Azərbaycana məxsus olmaları ilə bağlı suveren statusa malikdirlər, lakin insanlar və yüklərin keçidi ilə bağlı eyni rejimi paylaşırlar. Bununla yanaşı Ermənistan ərazisindən keçidlə bağlı mübahisələr hələ də davam edir.
Əgər Ermənistan qondarma Dağlıq Qarabağın statusu ilə bağlı təkid etməyə davam edərsə, bu sülh prosesinə xələl gətirəcək. Qarabağ Azərbaycan torpağıdır və bu, beynəlxalq səviyyədə qəbul olunub, BMT TŞ və digər beynəlxalq institutlar tərəfindən bir daha təsdiqlənib. Azərbaycanda yaşayan ermənilərin hüquqlarına gəldikdə bu, Azərbaycan Konstitusiyası çərçivəsində öz həllini tapmalıdır.
Yekun olaraq qeyd olunmalıdır ki, indiki məqamda görürük ki, Ermənistandakı daxili proseslər və xaricdən olan bir sıra aktorların maraqları səbəbindən sülh prosesi ölü nöqtəyə doğru irəliləyir”.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ukraynada ölən uşaqların sayı 313-ə çatıb

Next Post

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə əlaqədar paylaşım edib

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə əlaqədar paylaşım edib

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə əlaqədar paylaşım edib

Prezident: “Azərbaycan-Pakistan əlaqələrinin bugünkü yüksək səviyyəsi məmnunluq doğurur”

Prezident İlham Əliyev Şuşadakı beynəlxalq konfransın iştirakçılarına məktub ünvanlayıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.