“Prezidentin Qlobal Bakı Forumunda çıxışı ilə sübut etdi ki, qaldırdığı məsələlər təkcə ölkəmizin deyil, regionun xeyrinədir və qlobal təhdidlərin yumşaldılmasına xidmət edir. Bu baxımdan Bakı Formunu yüksək qiymətləndirirəm”.
Bunu Milli Məclisdə çıxışı zamanı deputat Əli Məsimli deyib.
O, əlavə edib ki, Rusiya-Ukrayna mübaribəsindən sonra logistika təhlükəsi yaranacağı ehtimal olunur: “Bu baxımdan Zəngəzr dəhlizi mühüm əhəmiyyət kəsb edir. Dəhlizin açılması həm dünyaya ucuz başa gələcək, həm də malların tez çatdırılması baxımdan effektivdir. Bu baxımdan Qlobal forumda iştirak edənlər Zəngəzr dəhlizinin açılmasına töhvə verməlidir”.
Məsimli qeyd edib ki, dünyada ərzaq böhranı da hazırda ciddi təhdid sayılmalıdır: “Azərbaycan prezidentinin bu məsələyə diqqət ayırması təsadüfi deyil. Beynəlxalq qurular bu sahəyə milyardlar yönəltsə də, onların fəaliyyəti bizə məlumdur. Onlar ləngdir. Bu problem getdikcə çətinləşəcək. Bunun da hər bir ölkəyə təsiri olacaq. Qiymətlərin artması formasında. Bizim ərzaq taxılı ilə bağlı problemimiz var. Biz bu taxılın bir ölkədən asılılığını azaltmalıyıq. Eyni zamanda xaricdən alınan xeyli malları Azərbaycan özü istehsal edə bilər. Hesab edirəm ki, buna diqqət ayırmalıyıq”.
Rusiya səfiri Çexiya XİN-ə çağırılıb
Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...






