NATO-ya inteqrasiya Ukraynanın dəyişməz kursudur və bu, NATO-nun strategiyasında qeyd edilməlidir.
Ukranews.com xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov “Facebook”da yazıb.
O, Ukraynanın Avropanın etibarlı qalxanı ola biləcəyini sübut etdiyini əlavə edib.
“Avropaya və Avroatlantik inteqrasiya Ukraynanın dəyişməz kursu olaraq qalır. Biz bu istiqaməti iyunun sonlarında Madriddə təsdiqlənəcək NATO-nun Strateji Konsepsiyasında qeyd etmək istəyirik”, – Reznikov deyib.
Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür
Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...






