"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İşçi Qrupun üzvləri Qarabağa səfər ediblər

20 İyun 2022 - 10:12
in GÜNDƏM

Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Elm, təhsil və mədəniyyət məsələləri üzrə İşçi Qrupunun üzvləri və ekspertlərdən ibarət heyət iyunun 16-17-də Cəbrayıl, Zəngilan rayonlarında və Şuşanın Daşaltı kəndində yerləşən mədəni, tarixi və dini abidələrə baxış keçirmək məqsədilə bölgəyə səfər edib, Zəngilan rayonunun Ağalı kəndində İşçi Qrupun növbəti iclası keçirilib.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Elchi.az xəbər verir ki, İşçi Qrupun üzvləri səfər çərçivəsində Cəbrayıl rayonunda yerləşən, dövrünün ən əzəmətli mühəndis qurğularından olan Xudafərin körpülərinə, Cəbrayıl rayonu ərazisində Sultan Allahverdi hamamına və Daşkəsən kəndində məscidə baxış keçirmişlər. Baxış zamanı, eləcə də onun nəticələrinə dair Şuşa şəhərində keçirilən müzakirələrdə abidələrin mühafizəsi, qorunması, bərpası və inkişafı üzrə alim-mütəxəssislərin rəyi dinlənilmiş, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Səfər çərçivəsində Daşaltı kəndinin ərazisinə keçirilən baxış zamanı Dövlət Turizm Agentliyinin nümayəndələri kəndin gələcəkdə turizm məkanı kimi istifadəsi ilə bağlı İşçi Qrupun üzvlərini məlumatlandırıblar.

Daha sonra İşçi Qrup Zəngilan rayonuna səfər çərçivəsində Məmmədbəyi kəndindəki XIV əsrə aid Səkkizguşəli türbəyə, Malatkeşin kəndindəki XIX əsrə aid məscidə və Azərbaycanın orta əsrlər memarlığının ən qiymətli abidələrdən biri olan “Şəhri Şərifan”a baxış keçirib.

İşçi Qrupun üzvləri Zəngilanın Ağalı kəndində inşa edilmiş uşaq bağçası və məktəblə tanış olmuş, heyətə “Ağıllı kənd” haqqında ətraflı məlumat verilib.

Səfər çərçivəsində mədəni, tarixi və dini abidələrə keçirilmiş baxışın nəticələrinin müzakirəsi, qarşıda duran vəzifələrin və müvafiq tapşırıqların müəyyənləşdirilməsi məqsədilə, Elm, təhsil və mədəniyyət məsələləri üzrə İşçi Qrupun Ağalı kəndində iclası keçirilmişdir. İclasda aidiyyəti qurumlar ərazilərdə mədəni irsin qorunması, bərpası ilə bağlı rəy və təkliflərini bildirmiş, işğaldan azad edilmiş ərazilərdə təhsil müəssisələri və gələcəkdə məskunlaşacaq əhalinin asudə vaxtlarının səmərəli təşkili üçün yaradılacaq mədəniyyət ocaqları barədə ətraflı müzakirələr aparılıb.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Neft cüzi ucuzlaşdı

Next Post

Pensiya və əmək haqları artırılıb – NAZİR

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
Pensiya və əmək haqları artırılıb – NAZİR

Pensiya və əmək haqları artırılıb - NAZİR

Müdafiə Nazirliyi məlumat YAYDI

Müdafiə Nazirliyi məlumat YAYDI

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.