Amerikalı Piter Kessiqin edamında iştirak edən “İslam Dövləti”(İŞİD) terrorçuları arasında fransız
vətəndaşı Maksim Oşar ola bilər.
Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Fransanın daxili işlər naziri Bernar Kaznev bildirib.
“Bu, 1992-ci il təvəlüdlü Maksim Oşar ola bilər. O, 2013-cü ilin avqustunda Suriyaya yola düşüb”, – deyə Kaznev qeyd edib.
Qeyd edək ki, amerikalı Piter Kessiqin ölümü haqqında informasiya 16 noyabrda çıxıb. İŞİD onun edamı ilə bağlı videonu internetdə yerləşdirib. Videonun 16-cı dəqiqəsində Suriya əsgərlərinin kütləvi edamı ilə bağlı kadrlar yer alıb.
ABŞ vətəndaşı Piter Kessiq 2007-ci ildə İraqda hərbi xidməti keçib. Bundan sonra o, Livana yola düşüb. O, suriyalı qaçqınlara yardım göstərirdi. Kessiq 1 oktyabr 2013-cü ildə əsir götürülüb.



