Kosmosda sirli rus obyekti aşkarlanıb.
Axar.az İnforming.ru-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Qərb astronomları yayıblar.
Məlumatda Yer orbitindəki sirli obyektin bir sıra Avropa ölkələrinin astronomları, eləcə də Pentaqon ekspertləri tərəfindən qeydə alındığlı bildirilir.
Ekspertlər şübhəli obyekti əvvəlcə kosmik zibilə bənzədiblər. Lakin sonra aşkar olunan obyektin qəribə trayektoriya üzrə uçduğu məlum olub.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi kosmik casus peyki barədə hər hansı şərh verməkdən imtina edib.



