"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Avropada Aİ, NATO və BMT qurumları ilə Azərbaycanda mina probleminə dair görüşlər keçirilib

24 İyun 2022 - 18:38
in GÜNDƏM

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) – Samir Poladov, Azad edilmiş ərazilərin bərpa və yenidənqurması üzrə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzi – Sultan Hacıyev, Xarici İşlər Nazirliyi – Cəfər Hüseynzadə və Vüqar Qurbanovun iştirakı ilə Azərbaycan nümayəndə heyətinin 2022-ci ilin 20-24 iyun tarixlərində Belçika Krallığı və İsveçrəyə işgüzar səfəri təşkil olunub.
ANAMA-dan verilən xəbərə görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Avropa İttifaqının bir sıra qurumları və Avropa İttifaqına üzv dövlətlərin nümayəndələri, Belçika Krallığı və İsveçrənin rəsmiləri, NATO və BMT-nin aidiyyəti qurumları ilə silsilə görüşləri keçirilib.
Görüşlərin başlıca məqsədi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud olan humanitar mina problemi və onun bərpa-quruculuq işlərinə, eləcə də keçmiş məcburi köçkünlərin qayıdışına yaratdığı maneələr, ölkədə minatəmizləmə sahəsində aparılan genişmiqyaslı fəaliyyət, qarşıda duran hədəflər barədə məlumat vermək, mövcud və gələcək əməkdaşlıq imkanlarına dair müzakirələr aparmaqdan ibarət olub.
Avropa İttifaqının institutları və Aİ üzv dövlətlərinin nümayəndələri ilə keçirilmiş görüşlərdə Azərbaycanda minatəmizləmə probleminin ciddiliyi və təxirəsalınmaz işlərin görülməsinin vacibliyi vurğulanıb. Görüşlərdə mina və partlamamış hərbi sursatlarla kütləvi şəkildə çirklənmiş ərazilərin təmizlənməsi orada aparılan yenidənqurma və bərpa işləri, regionda sabitlik və davamlı sülhün təmini prizmasından qiymətləndirilib, beynəlxalq resursların cəlb olunmasının önəmi və əməkdaşlığın əhəmiyyəti qeyd edilib.
Nümayəndə heyəti Brüsseldə yerləşən “Sustainable Value Hub” platformasının təşkilatçılığı ilə Avropa Parlamentində “Avropa İttifaqı qonşuluğunda minalarla mübarizə: Artan təhdidlər və gücləndirilmiş əməkdaşlığa ehtiyac” mövzusunda keçirilmiş tədbirdə iştirak edib. ANAMA-nın İdarə Heyəti sədrinin müavini Samir Poladov tədbirdə təqdimatla çıxış edərək, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud mina problemi, onun təsirləri, mina qurbanları, Azərbaycan hökuməti tərəfindən görülən işlər, məsələ üzrə beynəlxalq əməkdaşlıq və dəstəyin əhəmiyyəti barədə iştirakçıları məlumatlandırıb.
Səfər çərçivəsində NATO-nun aidiyyəti qurumları ilə keçirilən görüşlər zamanı ANAMA ilə uzunmüddətli uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib. Azərbaycanın mina və partlamamış hərbi sursatların təmizlənməsi sahəsində fəallığı və təcrübəsi təqdir olunaraq, bu xüsusda əməkdaşlığın davam etdirilməsinə maraq ifadə edilib. Görüşlər zamanı Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra üz-üzə qaldığı ciddi mina təhdidi və bu təhdidə beynəlxalq ictimaiyyət tərəfindən yetərli diqqət ayrılmasının zəruriliyi və önəmi vurğulanıb.
Nümayəndə heyəti səfər zamanı Cenevrədə keçirilmiş Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatların toplanılması, istehsalı, ötürülməsinin qadağan olunması və onların məhv edilməsi haqqında Ottava Konvensiyasının sessiyalararası iclasında, habelə BMT-nin Mina Təmizləmə Xidməti (UNMAS) tərəfindən təşkil edilmiş Milli Mina Təmizləmə Agentliklərinin rəhbərlərinin və BMT müşavirlərinin 25-ci Beynəlxalq iclasında iştirak və çıxış edib. Tədbirlərə Azərbaycanın minatəmizləmə sahəsində fəaliyyət göstərən yerli podratçı şirkətlərinin nümayəndələri də qatılıb. Cenevrə səfəri çərçivəsində nümayəndə heyətinin BMT-nin aidiyyəti qurumları və üzv dövlətlərin nümayəndə heyətləri ilə görüşləri keçirilib, Azərbaycanın mina problemi barədə ətraflı məlumat verilib, mövcud və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bayramovla Lavrov sülh sazişini MÜZAKİRƏ EDİB

Next Post

Vətəndaşlıq Məsələləri Komissiyasının tərkibi dəyişib

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
Vətəndaşlıq Məsələləri Komissiyasının tərkibi dəyişib

Vətəndaşlıq Məsələləri Komissiyasının tərkibi dəyişib

Bu il Azərbaycana 250 min tona yaxın buğda idxal olunub

Azərbaycanda GMO yem məhsullarının siyahısı hazırlanacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.