"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“…Hər itə daş atsan mənzil başına çata bilməzsən”

01 İyul 2022 - 19:21
in MANŞET

Qüdrət Həsənquliyev: “Kiminsə hakimiyyət ehtiraslarına görə ölkəmizin gələcəyini təhlükəyə atmaq olmaz”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini oxuculara təqdim edirik:
– Qüdrət bəy, “fit” müxalifəti və qorxularından açıqdan-açığa onlar qoşumayıb, amma onlara yarınanlar, o cümlədən bəzi sabiq həmkarlarınız heç bir fərq qoymadan bütün deputatları tənqid və təhqir edirlər. Bu məsələyə münasibətinizi bilmək istərdik.
– Yalnız qeyd etdikləriniz yox, həm də iqtidarı müdafiə etdiyini bəyan edən bəzi şəxslər çox təəssüf ki, “fit” müxalifətinə xoş gəlmək, yaxud iqtidar daxilindəki himayədarlarının təhriki ilə ölkədə siyasi gərginlik yaratmaq üçün deputatlara münasibətdə təhqirə keçirlər. Bəziləri uşaq sadəlövhlüyü ilə düşünürlər ki, bu yolla yeni seçkilərə nail olub deputat seçilə bilərlər və s. Hər bir deputatı, hakimiyyət nümayəndəsini istisnasız olaraq tənqid etmək olar və bu çox normal qarşılanmalıdır. Tənqidin ədalətli olub-olmamasından asılı olmayaraq. Gözəl bir məsəl var: Utanmasan oynamağa nə var ki! Bizi tənqid edən sabiq deputatlar desinlər, onlar parlamentdə olanda nə ediblər ki, mən onu etməmişəm, yaxud etmirəm. Onların reallıqdan uzaq siyasi oyunbazlığından başqa. Bəli, ümumilikdə xalqımızın parlamentdən gözləntiləri böyük olsa da – yeri gəlmişkən bizim də xalqımızdan gözləntilərimiz böyükdür – ədalət naminə o da deyilməlidir ki, vətəndaşlarımızın elə bir problemi olmayıb ki, parlament tribunasından səsləndirilməsin, hökumətə bu istiqamətdə təkliflər verilməsin. Milli Məclisin hökumət üçün icrası məcburi olan qərarlar qəbul etmək səlahiyyəti yoxdur. Hər bir vətəndaşımız görür ki, təhqirə yol verən şəxslərin bəzilərinin tərbiyə, bəzilərinin də ciddi intellekt problemi var. Bu kompaniyaya qoşulan bəzi sabiq deputatlar isə, sadəcə insanları siyasətdən iyrəndirirlər. Çünki vətəndaşlarımız onların tərcümeyi-halını və deputat kimi fəaliyyətlərini yaxşı xatırlayır, onu da yaxşı bilirlər ki, həmin adamlar iqtidarın dəstəyini alıb təkrar seçilmək üçün hansı oyunlardan çıxmayıblar, sadəcə alınmayıb. Reallıq hissini itirmiş və bu səbəbdən ekstremizmə yuvarlanmış bu cür ünsürləri nəzərdə tutaraq Çörçil deyirdi ki, “dayanıb yol kənarından sənə hürən hər itə daş atsan mənzil başına çata bilməzsən”.
– İqtidarın sərt repressiya siyasəti həyata keçirməsi və ifadə azadlığnı boğmasına dair iddialar barədə nə deyə bilərsiniz?
– XXI-ci əsr informasiya texnologiyaları əsridir. İndi hər kəsin öz fikrini ictimailəşdirmək imkanı var və bunun qarşısını almaq mümkün deyil. Diqqət yetirsəniz görərsiniz ki, bir meyxana deyənə sosial şəbəkələrdə yüz minlərlə insan baxır, amma söz azadlığının boğulmasından, repressiyalardan danışanlara 4-5 min insan. Bu gün radikallar xalqı böyük dəyişikliklər, ali dəyərlər üçün fədəkarlıq etməyə hazır olmadıqları üçün tənqid, bəzən hətta təhqir edirlər. Biz xalqımızın inkişafın yeni mərhələsinə keçməyə – Qərb standartlarına uyğun hüquqi dövlət, mülki cəmiyyət qurmağa hazır olmadığını 21 il öncə deyirdik və onları radikallıqdan imtina etməyə çağırırdıq. Onları inandırmağa çalışırdıq ki, iqtidarla əməkdaşlıq etməklə cəmiyyəti inkişaf etdirmək lazımdır, iqtidarın legitimliyini tanımamaq və gəncləri radikallaşdırıb mərhumiyyətlərlə üz-üzə qoymaq doğru siyasət deyil. Elçibəy demişkən, bəzi məsələlərin zamana ehtiyacı var. Müəyyən problemlər iqtidardan yox, xalqımızın ali dəyərlərə sadiqliyindən və inkişaf səviyyəsindən qaynaqlanır. Avropa standartlarına uyğun dövlət qurmaq üçün, həmin standartlara cavab verən insan formalaşdırmalıyıq. Buna isə iqtidarı düşmən elan edib, xalqımızı onların çağırışlarına cavab vermədiyi üçün təhqir edib aşağılamaqla nail olmaq mümkün deyil. Bəzi insanlara qarşı sərt qərarlar isə ya onların böhtan və təhqirlə dolu davranışlarına, ya da şübhəli fəaliyyətlərinə görə ola bilər. Məsələn, siyasətdə olduğu uzun illər ərzində öz “konstruktiv” mövqeyi ilə seçilən, hətta “fit”lə hərəkətə keçən radikalları tənqid etməkdən çəkinməyən biriləri, birdən-birə öz radikallıqları ilə son günlərə qədər tənqid etdiklərini də geridə qoyurlar. Bu, həm də torpaqlarımızın işğaldan azad edilməsindən sonra baş verir. Halbuki, əks proses baş verməli, radikallar daha konstruktiv mövqe sərgiləməliydilər. Buradan çıxan məntiqi nəticə odur ki, bu adamlar ya kənar təsir altına düşüblər və iqtidar ölkəmizin təhlükəsizliyi və sabitliyi naminə bunu edir, ya da iqtidar yeni dövr üçün “yeni lider”lər yetişdirir. Ona görə də narahatlıq və həyəcanlanmaq üçün ciddi əsas yoxdur. Qeyd etdiklərim həm də o cür yozulmamalıdır ki, ölkəmizdə qanunun aliliyi ilə əlaqədar problemlər yoxdur. Biz, BAXCP olaraq hər zaman iqtidarı məhkəmə-hüquq islahatlarını dərinləşdirməyə çağırırıq. Biz islahatların xalqımızın sosial inkişaf indeksinə görə, o cümlədən xalq olaraq demokratik ənənələrə sahib olmadığımız səbəbindən ölkəmizdə xaosa və vətəndaş qarşıdurmasına gətirib çıxara biləcəyi, həmçinin qonşularımızla münasibətlərə və regional təhlükəsizliyə ziyan vura, dini ekstremizmin böyük təhlükəyə çevrilə biləcəyi barədə narahatlıqları da qəbul edirik, bölüşürük. Biz məsələlərə həm də regional müstəvidə baxmalı, qazanacaqlarımızla itirə biləcəklərimizi müqayisə etməliyik. Yeri gəlmişkən, deyim ki, xalqımızın passionar (siyasi fəal) hissəsi radikallardan fərqli olaraq daha sağlam siyasi mövqe nümayiş etdirir. Ona görə də “fit” müxalifətinin çağırışlarına cavab vermirlər. Mövcud vəziyyəti dərindən təhlil edərək biz mütəmadi olaraq iqtidarı yuxarıdan tədrici islahatlarla, güclü bazar iqtisadiyyatı qurmaqla xalqımızı yeni dövrə hazırlamağa çağırırıq. Kiminsə hakimiyyət ehtiraslarına görə ölkəmizin gələcəyini təhlükəyə atmaq olmaz.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ermənistan parlamentində qalmaqal: deputat istefa verdi

Next Post

Zelenski Ukraynaya atılan raketlərin sayını AÇIQLADI

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
Zelenski Ukraynaya atılan raketlərin sayını AÇIQLADI

Zelenski Ukraynaya atılan raketlərin sayını AÇIQLADI

İrəvanda Paşinyanın istefası tələbilə mitinq BAŞLADI

İrəvanda Paşinyanın istefası tələbilə mitinq BAŞLADI

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.