Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2015-ci ildə ölümcül Ebolaya tutulma hallarının kəskin azalacağını
proqnoz edib. Musavat.com-un məlumatına görə, belə bir təxmin qurumun nümayəndəsi, ekspert-epidemioloq Pyer Formentinin bəyanatında yer alıb.
proqnoz edib. Musavat.com-un məlumatına görə, belə bir təxmin qurumun nümayəndəsi, ekspert-epidemioloq Pyer Formentinin bəyanatında yer alıb.Ekspertin sözlərinə görə, ÜST xəstəliyin daha tez aşkarlanması üsullarını işləməyə can atır. Hazırda müayinə üçün bütöv sınaq şüşəsi dolu qan götürmək, mürəkkəb avadanlıq və yüksək peşəkarlığa malik personal, habelə yüksək bioloji təhlükəsizlik səviyyəsi tələb olunur. Bundan əlavə, təkcə test edilən nümunəni analizləri aparmağa icazəsi olan laboratoriyaya çatdırmaq üçün 2-6 saat vaxt tələb olunur.
Qeyd edilir ki, məhz Ebolaya yoluxmuş şəxsin vaxtında izolə edilməməsi infeksiyanın yayılmasına səbəb olur. Ancaq analizlər üçün sadə və bahalı olmayan avadanlıq hesabına 30 dəqiqə ərzində nəticəni bilmək mümkün olacaq ki, bu da vəziyyəti dəyişməyə imkan verəcək.



