40 şübhəli mafiya ilə əlaqədə ittiham edilərək həbs edilib
İtaliya polisi bu günə kimi əldə olunması mümkün olmayan görüntüləri əldə edib.
ANS PRESS-in məlumatına görə, şübhəlilərin ələkeçirilməsi əməliyyatı çərçivəsində dünyanın ən nüfuzlu mafioz qrupu olan Ndranqetu mafiyasının “tacqoyma” videosunu əldə ediblər.
Qeyd edək ki, son əməliyyatlar zamanı 40 şübhəli mafiya ilə əlaqədə ittiham edilərək həbs edilib. Reydlər ölkənin bir neçə şəhərində aparılıb. Bu əməliyyat son illərdə İtaliya polisinin mafiyaya qarşı ən böyük əməliyyatlarından sayılır.