Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Haberler.com” saytı xəbər verir ki, hadisə Balıkəsir bölgəsində olub.
26 yaşlı sürücü Mehmet Çevirgen İzmir istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.
Bundan sonra o, magistral yolun kənarındakı dəmir arakəsməyə dəyərək qarşı yola çıxıb.
Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.









