Virtualaz.org vesti.az-a istinadən bildirir ki, noyabrın 18-də Kürdəmir sakini, 1993-cü il təvəllüdlü Vasif Sadiq oğlu Mikayılov nahar etmək üçün paytaxtın İstiqlaliyyət küçəsi, 51- ünvanında yerləşən kafeyə gəlib.
Nahardan sonra ona bildiriblər ki, 43 manat hesab ödəməlidir. Amma müştərinin üstündə o qədər pul olmayıb.
Onda kafenin inzibatçısı, Abşeron rayonunun sakini Mirəziz Məmməd oğlu Qəmbərov qərara gəlib ki, hesabı ödəyənədək, onu girov saxlasın. Elə də edib və müştərini düz 17 saat girov saxlayıb. O, Vasif Mikayılovu yalnız pulu aldıqdan sonra buraxıb.
Bundan sonra V.Mikayılov polisə müraciət edib və “əzazil” inzibatçı saxlanılıb.




