"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Adil Əliyev iqtidardakı “5-ci kolon”dan – təxribatçı məmurlardan DANIŞDI

18 İyul 2022 - 13:25
in MÖVQE

“Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri vəzifəsini işləyərkən əlində olan səlahiyyətlərindən istifadə edərək, əksər dövlət strukturlarına özünə bağlı kadrları yerləşdirib. Dövlət əmlakını tar-mar edən bu kadrlar qəsdən dövlət ilə xalq arasında uçurumlar yaradır”.

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Elchi.az xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Adil Əliyev “Yeni Müsavat”a müsahibəsində deyib.

Vitse-spiker bildirib ki, korrupsioner məmurların hamısını öz ətrafında cəmləşdirən Ramiz Mehdiyev Prezident Administrasiyasından qovulduqdan sonra da rahat dayanmadı.

“AMEA-nın prezidenti işlədiyin zamanlar tez-tez köhnə məmurları öz ətrafına toplayıb onları təlimatlandırdığına dair məlumatlar var. Sonunda AMEA-dakı yerindən də uzaqlaşdırıldı. Kreslosunu isə öz adamına buraxdı. Düzdür, hələ ki, Arif Həşimov AMEA-nın prezidenti vəzifəsinə təyin olunmayıb, sadəcə bu vəzifənin icraçısı kimi fəaliyyət göstərir, amma onun da Ramiz Mehdiyevin təlimatı ilə işlədiyi bəllidir. Görünür, buna görə də indiyədək rəsmən AMEA prezidenti vəzifəsinə gətirilməyib. Korrupsioner komandanın bütün üzvləri hakimiyyətdən uzaqlaşdırılmayanadək Azərbaycan rahat nəfəs ala bilməyəcək”, – Adil Əliyev vurğulayıb.

A.Əliyevin sözlərinə görə, Ramiz Mehdiyevin ölkədəki radikal müxalifətlə də gizli əlaqələri var.

O deyib ki, son vaxtlar həm hakimiyyətdəki bəzi qüvvələr, həm də radikal müxalifət yenidən fəallaşmağa başlayıb.

“Kimlərsə əlillərin psixoloji halından dövlətimizə qarşı qəsdən istifadə edirlər. Və bu zümrənin hamısı eyni mərkəzdən idarə olunur. Bəziləri müxalif düşərgədə, bəziləri isə hakimiyyət orqanlarında oturub təxribat törətməyə çalışırlar. Məqsəd isə Azərbaycanın qazandığı qələbəyə kölgə salmaq, insanlarımızın ordumuza münasibətlərini soyutmaqdır. Sirr deyil ki, Azərbaycan hələ də Vətən uğrunda savaşını tamamlamayıb. Ermənilər 44 günlük müharibədə əldə edilən razılaşmalara əməl etmir. Atəşkəs sazişinin şərtlərini pozur, sülh müqaviləsi bağlamaqdan yayınırlar. Hər an yenidən müharibə başlaya bilər. Azərbaycan ordusu buna hazır olmalıdır. Bunun üçün isə insanlarımız mənəvi-psixoloji cəhətdən döyüşə hazır vəziyyətə gətirilməlidir. Hesab edirəm ki, əlillərimizin ruhdan salınması və intihara sürüklənəcək qədər motivasiya edilməsi qəsdən yürüdülən siyasətdir və nə yazıq ki, bu məsələdə bir sıra müxalif qüvvələrlə yanaşı hakimiyyətdəki “5-ci kolon”un nümayəndələri də birgə fəaliyyət göstərirlər. Daha açıq deyəcəyəm; Azərbaycanda “5-ci kolon”la bəzi müxalif qüvvələr dövlətçiliyimizə qarşı ittifaq qurublar. Niyyətləri isə Azərbaycanın 3-ci Qarabağ döyüşlərində məğlubiyyətinə nail olmaqdır. Görünür, Prezident İlham Əliyevin 44 günlük müharibədən sonra qazandığı nüfuz və son zamanlar korrupsiya və rüşvətxorluğa qarşı apardığı mübarizə həm müxalifətdəki, həm də iqtidardakı düşmənlərini narahat edir və onları eyni mərkəzdə birləşdirir”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Prezident baş prokuror və Təhlükəsizlik Xidmətinin rəhbəri barədə qərar verəcək

Next Post

Ərdoğanın Cənubi Amerika səfəri təxirə salındı

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post
Ərdoğanın Cənubi Amerika səfəri təxirə salındı

Ərdoğanın Cənubi Amerika səfəri təxirə salındı

Ermənisatnın müdafiə naziri Kəlbəcərlə sərhədə gəldi

Ermənisatnın müdafiə naziri Kəlbəcərlə sərhədə gəldi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.