"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Prezident İlham Əliyevin Ursula von der Leyenlə geniş tərkibdə görüşü keçirilib – YENİLƏNİB-1

18 İyul 2022 - 17:43
in SİYASƏT

İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti xanım Ursula von der Leyen ilə geniş tərkibdə görüşü keçirilib.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:

– Xoş gəlmisiniz, xanım Prezident. Sizi görməyimə çox şadam. Səfərinizə görə minnətdaram. Səfəriniz həqiqətən ikitərəfli əməkdaşlığımızın vacibliyini nümayiş etdirir. Çox şadıq ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr ikitərəfli əməkdaşlıq, eləcə də Şərq Tərəfdaşlığı çərçivəsində çox uğurla inkişaf edir. Bizim siyasi münasibətlərin inkişafı baxımından, sözün əsl mənasında, çox yaxşı nailiyyətlərimiz var. Çox fəal siyasi təmaslar mövcuddur. Bilirsiniz ki, Avropa İttifaqı bizim əsas ticari tərəfdaşımızdır. Əminəm ki, gələn illərdə icrasını planlaşdırdığımız layihələr ticari əməkdaşlığımızı genişləndirəcək. Əlbəttə ki, enerji sahəsində əməkdaşlıq hər zaman gündəliyimizdə üstün yer tutub. Bu gün xüsusən də belədir. Hesab edirəm ki, çox yaxşı nəticələrimiz, nailiyyətlərimiz var. Bu ilin əvvəlində, xanım komissarın səfərindən sonra, biz enerji dialoqunu başlamışıq. Fikrimcə, bu, həmçinin qarşılıqlı marağın çox yaxşı əlamətidir.

Enerji təhlükəsizliyinə aid məsələlər birmənalı olaraq bu gün qlobal gündəlikdə ən üstün məsələlərdən biridir. Lakin bundan başqa, biz təhsil, daşımalar və bütün digər sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlıyıq. Azərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişə aid hazırda müzakirə etdiyimiz məsələlər potensial əməkdaşlığımızın bütün sahələrini əhatə edir. Əminəm ki, səfəriniz zamanı biz bu və digər məsələləri müzakirə edəcəyik. Həmçinin bizi bu gün çox mühüm mərasim gözləyir və o, enerji sahəsində yeni geniş əməkdaşlığın başlanmasından xəbər verəcək.

Xoş gəlmisiniz. Sizə uğurlu səfər arzulayıram.

x x x

Avropa Komissiyasının Prezidenti xanım Ursula von der Leyen deyib:

– Çox sağ olun. Səmimi qəbula görə çox sağ olun, cənab Prezident. Həqiqətən söylədiyiniz kimi, bizim aramızda uzunmüddətli tərəfdaşlıq var. Şərq Tərəfdaşlığı xüsusi olaraq Azərbaycanı əhatə edir. Əla münasibətləri daha da dərinləşdirmək istəyirik. Bu gün imzalayacağımız Anlaşma Memorandumuna nəzər salsaq, qeyd etməliyəm ki, ilk növbədə, həmin sənəd nümayəndələrimizin apardığı əla işin nəticələrinə əsaslanır. Orada enerji sektorunda etibarlı tərəfdaşlıq, eləcə də orta və uzun perspektivdə bərpaolunan enerji məsələləri xüsusi qeyd edilir. Bir sözlə, sənəd bu gün təfərrüatla müzakirə etdiyimiz bütün məsələləri əhatə edir. Əlbəttə ki, sizin də söylədiyiniz kimi, Anlaşma Memorandumundan başqa, Avropa İttifaqı ilə Azərbaycan arasında saziş də nəzərdə tutulur. Bunu elə indicə xarici işlər naziri ilə müzakirə etdik – həmin sazişə yeni təkan verək, daha irəliyə gedək və qalan məsələləri müzakirə edək.

***

16:23

İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti xanım Ursula von der Leyen ilə geniş tərkibdə görüşü keçirilib.

Elchi.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

15:35

İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti xanım Ursula von der Leyen ilə geniş tərkibdə görüşü keçirilir.

Elchi.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Prezident İlham Əliyevin Ursula von der Leyenlə geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB-1
Prezident İlham Əliyevin Ursula von der Leyenlə geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB-1
Prezident İlham Əliyevin Ursula von der Leyenlə geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB-1
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Von der Leyen: Ümid edirəm ki, Azərbaycanla yeni saziş üzərində işi tezliklə tamamlayacağıq

Next Post

Ursula von der Leyenin Azərbaycana səfəri başa çatıb

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Ursula von der Leyenin Azərbaycana səfəri başa çatıb

Ursula von der Leyenin Azərbaycana səfəri başa çatıb

Narkotikə görə saxlanılan vərəm xəstəsi vəfat edib

Nazirlər Kabnetinin qarşısında aksiya cəhdinə DİN-dən reaksiya

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.