Norveç televiziya kanalı Özbəkistan prezidentinin qızı Gülnarə Kərimova haqqında yeni iddia ilə çıxış edib. 

Avropa.info-nun məlumatına görə, kanal “Telenor” telekomnukasiya şirkətinin Özbəkistan bazarına girmək üçün Kərimovaya 92 milyon dollar verdiyini iddia edib.
Mənbə məsələ ilə bağlı şirkətə mürəciət edib sənədlər tələb etsə də rədd cavabı alıb.
Gülnarə Kərimova pop ulduzu, diplomat, dizayner və ətir ticarəti ilə də məşğul olub.
Qeyd edək ki, Kərimova hazırda ev həbsində saxlanılır. Kərimovanın “Teliasonera” telefon şirkətindən də rüşvət aldığı da iddia olunur. Bu iddia İsveç prokurorluğu tərəfindən araşdırılır.



