"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Üç ölkənin spikerinin görüşünə dair İstanbul Bəyannaməsi İMZALANDI

21 İyul 2022 - 22:31
in ÖNƏMLİ

Bunu da oxuyun

Kəlbəcərin Baş planı təsdiqləndi

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İstanbulda keçirilən Azərbaycan, Pakistan və Türkiyə Parlament sədrlərinin İkinci Üçtərəfli Görüşünün sonunda “İstanbul Bəyannaməsi” imzalanıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Elchi.az-a bildirilib ki, imzalanma mərasimindən sonra parlament sədrlərinin mətbuata bəyanatı səsləndirilib.

Tədbirdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Raca Pərviz Əşrəf imzalanan bəyannamənin ölkələrimiz arasındakı münasibətlərin daha da inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.

Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin adından tədbir iştirakçılarını salamlayan parlament sədri Azərbaycan Respublikası Milli Məclisinin sədri kimi yenidən qardaş Türkiyə Respublikasına səfər etməyindən məmnun olduğunu bildirib, Türkiyə Böyük Millət Məclisinin sədri professor Mustafa Şentopa Azərbaycan, Pakistan və Türkiyə Parlament sədrlərinin İkinci Üçtərəfli Görüşünə dəvətə, göstərdiyi qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürünü ifadə edib.

Bir neçə gün öncə qardaş Türkiyə xalqının 15 İyul – Demokratiya və Milli Birlik Gününün 6-cı ildönümünü qeyd etdiyini xatırladan Milli Məclisin sədri Azərbaycan xalqının və dövlətinin bu xəyanətkar dövlət çevrilişi cəhdini ilk dəqiqələrdən ən qəti şəkildə pislədiyini, hər zamankı kimi qardaş Türkiyənin yanında olduğunu vurğulayıb.

Qeyd edilib ki, təxminən bir il bundan əvvəl Azərbaycan Respublikasının Milli Məclisinin təşəbbüsü ilə Azərbaycan, Pakistan və Türkiyə Parlament sədrlərinin Birinci Üçtərəfli Görüşü keçirilib. Həmin görüşdə parlamentlərimiz arasında üçtərəfli əməkdaşlıq formatı təsis edilib. Bu format böyük əhəmiyyətə malikdir. Belə ki, qardaş ölkələrimiz arasındakı münasibətlərin bugünkü yüksək səviyyəsi müxtəlif sahələrdə əməkdaşlığın davamlı inkişafı ilə xarakterizə olunur. Xalqlarımızın təmsilçiləri olaraq biz parlamentarilər də bu platformanı yaratmaqla həmin prosesə öz töhfəmizi veririk. Bu platforma həm də parlament diplomatiyasının müasir dövrdə beynəlxalq əməkdaşlığın mühüm vasitəsi kimi vacib rolunu vurğulayır.

Bildirilib ki, ötən dövr ərzində beynəlxalq parlament təşkilatları çərçivəsində birgə fəaliyyətimiz və səmərəli əməkdaşlığımız da bu üçtərəfli formatın zəruriliyini bir daha təsdiq edir.

İkinci Üçtərəfli Görüş çərçivəsində biz bu formatın daha da gücləndirilməsi, üç ölkə parlamenti arasında praktiki əməkdaşlıq platformasına çevrilməsi imkanlarını nəzərdən keçirdik, gələcək inkişaf perspektivlərini müzakirə etdik.

“Mən İkinci Üçtərəfli Görüş çərçivəsində qəbul etdiyimiz İstanbul Bəyannaməsini də qeyd etmək istərdim. Bəyannamədə bir çox önəmli məsələlərə dair fikir birliyimiz və ortaq mövqeyimiz öz əksini tapıb. Bu mənada, Bəyannamə qardaş ölkə parlamentlərimizin qarşılıqlı etimad və dəstəyinin nümayiş etdirilməsi baxımından əhəmiyyətlidir.

Mən xüsusən Azərbaycan Respublikasının işğaldan azad olunan torpaqlarının bərpası və yenidən qurulmasına, Cənubi Qafqazda suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında mehriban qonşuluq münasibətlərinin yaradılmasına verdikləri dəstəyə görə qardaş ölkə parlamentlərinə öz təşəkkürümü bildirirəm”, – deyə Milli Məclisin Sədri ifadə edib.

Azərbaycan parlamentinin spikeri bildirib ki, bu gün apardığımız müzakirələr və qəbul etdiyimiz qərarlar üçtərəfli əməkdaşlığımızın ölkələrimizin və xalqlarımızın maraqları və rifahı naminə daha da möhkəmləndirilməsi və genişləndirilməsi işinə öz töhfəsini verəcək.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Vətən müharibəsi iştirakçısı intihara cəhd etdi – Araşdırma aparılır

Next Post

Rusiya və Ukrayna taxılla bağlı müqavilə İMZALAYACAQ

Bənzər yazılar

Kəlbəcərin Baş planı təsdiqləndi

Kəlbəcərin Baş planı təsdiqləndi

02 May 2024 - 10:35

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib.  Elchi.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Bildirilib...

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

01 May 2024 - 15:37

Xarici işlər naziri Ceyhun Bayramov UNESKO baş direktorunun sosial və humanitar elmlər üzrə köməkçisi Qabriela Ramosla BMT-nin İqlim Dəyişikliyi üzrə...

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

23 Aprel 2024 - 12:42

Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş nazirinin...

“Bankların təyin etdiyi faiz rəqəmlər ölkəmizin sosial vəziyyətinə uyğun deyil”

“Bankların təyin etdiyi faiz rəqəmlər ölkəmizin sosial vəziyyətinə uyğun deyil”

17 Aprel 2024 - 16:39

Bank sahəsi üzrə aparılan son araşdırmalara görə bankların faiz dərəcələri 9.5%-26% aralığında müəyyən edilib. Vətəndaşlar faiz dərəcələrin yüksək olma səbəbini...

Next Post
Rusiya və Ukrayna taxılla bağlı müqavilə İMZALAYACAQ

Rusiya və Ukrayna taxılla bağlı müqavilə İMZALAYACAQ

Şuşada Beynəlxalq Media Forum başlayıb – YENİLƏNİB

Şuşada Beynəlxalq Media Forum başlayıb - YENİLƏNİB

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.