Güney Azərbaycandan “Türkvizyon” mahnı yarışmasına qatılan “Barış” musiqi qrupu, yarışmanın final
mərhələsinə yüksəlib.
Elchi.az-ın “GünAztV”-yə istnadən məlumatına görə, Tatarstan paytaxtı Kazanda keçirilən müsabiqədə 25 türk ölkəsi vəya müxtəlif coğrafiyalarda yaşayan türk topluluklarından musiqi qrupları iştirak edib.
Təbrizdən müsabiqəyə qatılan “Barış” musiqi qrupu müsabiqədə 9-cü yeri əldə edərək, finalda iştirak edəcək 12 qrupdan biri kimi seçilib. “Barış” qrupu “Heydər Baba” mahnısı ilə çıxış edib.
Yarışmanın final mərhələsi bu gün, noyabrın 21-də keçiriləcək.
Qeyd edək ki, adını çəkdiyimiz musiqi qrupu əslində Güney Azərbaycandan Tatarstana yola düşüb, lakin Güney Azərbaycanın müstəqil ölkə statusu olmadığından, qrup İran türklərinin təmsilçisi kimi təqdim olunub.
http://www.youtube.com/watch?v=czjpVgRB2ps



