Bu günə olan məlumata görə, dünyada qeydə alınan koronavirusa yoluxma hallarının sayı 569 023 786-ya çatıb.
Elchi.az “İnterfaks“a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Cons Hopkins Universitetinin yaydığı məlumatda bildirilir.
Dünyada virusun yayıldığı gündən indiyədək 6 382 420 nəfər COVID-19 infeksiyasının təsirindən dünyasını dəyişib.
20 milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya və Böyük Britaniya var.
Xəstəliyə yoluxanların və infeksiyanın nəticələrindən ölənlərin sayı müvafiq olaraq:
| COVID-ə yoluxanların sayı | Ölən xəstələrin sayı | |
| ABŞ | 90 367 064 | 1 026 883 |
| Hindistan | 43 868 476 | 525 997 |
| Braziliya | 33 555 526 | 676 766 |
| Fransa | 33 621 366 | 152 390 |
| Almaniya | 30 331 131 | 143 177 |
| Böyük Britaniya | 23 422 743 | 183 415 (cümə axşamı, cümə və şənbə günləri üçün məlumatlar yenilənməyib) |
“Worldometer” portalının məlumatına görə, şənbə günü səhər saatlarına planetdə hər 1 mln. nəfərə düşən ölüm nisbəti 821,3 təşkil edir. Hindistanda hər 1 mln. əhaliyə 373, Braziliyada – 3 138, Fransada – 2 308, Almaniyada – 1 698, Böyük Britaniyada (cümə axşamı səhərinə olan məlumat) – 2 663 nəfər ölüb. ABŞ-a aid məlumatlar təqdim edilmir.





