"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Professor Rasim Abdullayevin 90 illik yubley tədbiri   kecirilib

21 Noyabr 2014 - 23:29
in CƏMİYYƏT

foto-1

Azerbaijan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda (GGİ) geofizika elminin inkişafında böyük  xidmətləri olmuş geologiya-mineralogiya  elmləri doktoru, professor Rəsmi Əsəd oğlu Abdullayevin anadan olmasının 90 illik yubileyi qeyd edilib. Tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq mərhum alimin həyat və yaradıcılığına qısaca nəzər salıb. Bildirib ki, R.Abdullayev 1924-cü ildə dünyaya göz açıb, 1944-cü ildə orta məktəbi bitirərək Azərbaycan Sənaye İnstitutunun geoloji kəşfiyyat fakültəsinə daxil olub. 1949-cu ildə Qubkin adına Moskva Neft İnstitutunun geofiziki kəşfiyyat metodları kafedrasında aspiranturaya qəbul edilib. O, 1954-cü ildə Moskvada dissertasiyasını müdafiə edərək geofizika ixtisası üzrə geologiya-mineralogiya elmləri namizədi adını alıb. 1973-cü ildə isə doktorluq dissertasiyasını müdafiə edib.

R.Abdullayevin elmi potensialına böyük qiymət verən akademik geofizika elminin inkişafı sahəsində alimin xidmətindən və nailiyyətlərindən də danışıb. Qeyd edib ki, o, seysmik məlumatların işlənməsi metodlarını tərtib edib və bu, onun monoqrafiyalarında əks olunur. R.Abdullayev çoxsaylı elmi əsərin müəllifidir. O, nəinki mühəndis-geofiziklər, eyni zamanda seysmik kəşfiyyat sahəsində elmi kadrlar hazırlayıb.Sonra yubilyarın tələbələri – akademik Pərviz Məmmədov, geologiya-mineralogiya elmləri doktoru Akif Əliyev və başqaları çıxış ediblər. Qeyd olunub ki, R.Abdullayev tədqiqatçı alim olmaqdan əlavə, 40 il müəllim kimi də əmək sərf edib. Onun rəhbərliyi altında Banqladeş, Vyetnam və Konqo vətəndaşları olan 16 aspirant elmlər namizədi olmaq üçün dissertasiyalar müdafiə edib. Eyni zamanda Fransa və Çindən mühəndis-geofiziklər onun müəllimliyi ilə təcrübə keçiblər.

Yubiley tədbiri R.Abdullayevin digər tələbələri, dostları və doğmalarının çıxışları ilə davam edib. Unudulmaz alimi sevimli müəllim, ziyalı vətəndaş və qayğıkeş ailə başçısı kimi yada salan xatirələr dinlənilib. Məşhur azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin qızı Sürəyya xanımın oğlu olan R.Abdullayevin genetik irsiyyəti haqqında maraqlı məlumatlar verilib, tərbiyə aldığı ailədən geniş bəhs olunub.

Sonda yubilyar haqqında görüntülü xatirələrdən ibarət sənədli film nümayiş etdirilib.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“İŞİD”-də döyüşən taicklərin baş ofisi Moskvada yerləşirmiş

Next Post

400 min dolları belə oğurladılar

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

400 min dolları belə oğurladılar

Obamanın səhvi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.