Türkiyə tərəfi Rusiyaya xarici ticarətdə qarşılıqlı hesablaşmalar zamanı milli valyutalardan istifadəni təklif edib.
musavat.com-un Rusiya informasiya qaynağına istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir.
musavat.com-un Rusiya informasiya qaynağına istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir.Məlumatda təklifin nazir Aleksey Ulyukayevlə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi arasında Avstraliyada “20-lərin biznesi” çərçivəsində keçirilən görüş zamanı səsləndirildiyi deyilir.
2013-cü ildə iki dövlət arasında ticarət dövriyyəsinin həcmi 32.7 milyard dollar təşkil edib. Rusiya Türkiyənin xarici ticarət tərəfdaşları sırasında Avropa Birliyi ölkələrindən sonra ikinci yerdə durur, Türkiyə isə Rusiyanın 8-ci xarici ticarət tərəfdaşıdır.
Müşahidəçilərə görə, Rusiya xarici ticarət hesablaşmalarında milli valyutalar keçmək məsələsini Ukraynaya görə Qərblə münasibətlərin soyumasından sonra ABŞ dollarından asılılığı azaltmaq niyyəti ilə ortaya atıb.



