"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Neftçi” dünyanın ən zəif komandasıdı

20 İyul 2014 - 19:18
in KÖŞƏ YAZILARI

C.Musaoglu                                                                                                                                      

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Azərbaycan futbolunun azarkeşi deyiləm. Amma Azərbaycanımın azarkeşiyəm. “Neftçi” xarici komanda iləceyhun-musaoglu oynayırdı deyə, meydana məmləkətimi dəstəkləməyə getmişdim.

Orda öyrəndim ki, bəs Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunlarıdı. Azərbaycan kubokunun qalibi “Neftçi” bu mərhələdən mübarizəyə qoşulub və Sloveniyanın “Koper” klubunu qəbul edir.

Stadionu yaxınlarda təhvil veriblər. Adı “Bakcell arena”dı. 3-cü sektorda oturmuşduq. Meydanın biz tərəfdə olan aut xətti görünmür. Oyun xəttin yaxınlğında olanda, gərək tullanasan stadionun içinə. Bir-iki dəfə tullandım. Hakim oyunu saxlayıb, məni yenidən 3-cü sektora-yerimə qaytardı.

Oyun başladı. Dəhşət. 10 dəqiqədən sonra qənaətim hazır idi: dünyanın ən zəif  komandası “Neftçi”di. baş məşqiçi Böyükağa Hacıyev deyəsən kresloda yatıb. Ya da oyuna gəlməyib. Onu görmədim. Bir dəfə də olsun, durub komandanın oyunçularına göstərişlər vermədi. Oyunçu dəyişdirilir, meydandan çıxan futbolçuya əl vermir. Üzr istəyirəm, “futbolçu” sözü dırnaqda yazılmalıdı.

Bu adam oyunçularından küsüb. Oyunçuların valideynlərinin nəzərinə çatdırıram ki, övladlarını yoxlasınlar. Evdən məşq adıyla çıxıb, başqa yerlərə gedirlər. Məşqə gələn adam belə oynamaz. Mehdiabadda yaşayıram. Bizim komandamız var. Yüksək məbləğdən mərc gələk, “Neftçi” ilə oynayaq, uduzsaq adımı 90 qoyacam. O qara gədənin şərəfinə))))

Hə, meydanda oynayanların adı elan olunanda, demək olar ancaq qəraib-qürayib adlar eşitdim. O 90 var ha, futboldan başqa hər şey oynadı. Bədbəxtoğlu ölkəsində qalıb aktyorluq eləmir… Adam hər 5 dəqiqədən bir özünü qaldırıb yerə vurur. Gah qarnını tutur, gah belini… Vəziyyət o həddə çatmışdı ki, onun meymunluğunu rəqib komandanın oyunçuları alqışlayırdı. Tayı da var – 10 nömrə. Adam ayağında top olanda elə bükülür ki, sanki Məşədi İbad “hambal” deyə onu yanına çağırıb. Messi bədbəxtin başını xarab eliyib. Topu götürür, düşür meydanın ortasına, gah o pöhrəliyə girir, gah bu pöhrəliyə. Rəqib oyunçulardan heç kim ona yaxınlaşmır. Ayağında top ortada tvist oyanyır, sonra yıxılır… Vəssalam. Hücum. İki qol. Və meydanda bir qəpiyə olan söyüşlər, “istefa” şüarları…

Bizim 7-nin vurduğu bir qol pis alınmadı. Cərimə meydançasının yazınlığından zərbə endirdi və rəqibin qapıçısı başqa qapıçıların tuta biləcəyi topu buraxdı. Yəni zəifdi. Nə olsun, bu zəifdən top keçirə bilməyən iki dəfə artıq zəiflər də var.

Bizim qapıçı isə göylə əlləşir. Topa düzgün çıxmadı, ikinci qol idman dilində desək, toru silkələdi. Birinci qolu isə onların 14 nömrəsi vurmuşdu. Əla oyunçudu. Bizimkilərin başına oyun açmışdı.

Oyun 2:1 hesabı ilə bitdi. Azərkeşlər meydanı butulka atəşinə tutdular. Tərslikdən oyunçular meydandan çıxmışdı, bəlkə bir-ikisinə dəyərdi, ayılardılar, bilərdilər ki, otluqda gəzməyə gəlməyiblər.

Görün Azərbaycan kubokunu almayan komandalarımız nə gündədi…

Şəkil
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Türkiyə Rusiyaya dollardan imtina təklif edir

Next Post

“Odnoklassnik”ə qadağa qoyuldu

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

“Odnoklassnik”ə qadağa qoyuldu

700 bal toplayan abituriyentlər hansı ixtisasları seçəcəklər? - "Xaricdə təhsil almaq istəyirəm" - CAVABLAR

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.