ABŞ-ın dövlət katibinin Avropa və Asiya işləri üzrə köməkçisi Viktoriya Nuland hesab edir ki, Rusiyaya qarşı
sanksiyalar effektlidən də effektlidir. Musavat.com-un məlumatına görə, bu barədə o, Latviyada jurnalistlərlə görüşü zamanı bildirib.
sanksiyalar effektlidən də effektlidir. Musavat.com-un məlumatına görə, bu barədə o, Latviyada jurnalistlərlə görüşü zamanı bildirib.“Biz hesab edirik ki, ABŞ-la Avropa Birliyinin birgə tətbiq elədiyi sanksiyalar Rusiyanı “ağrıdıcı şəkildə dişləyir”. Məncə, siz görürsünüz ki, rubl necə dəyərdən düşür, inflyasiya necə artır”, – deyə Dövlət Departamenti rəsmisi qeyd edib.
Nuland onu da qeyd edib ki, əgər Moskva anlaşmasının şərtlərinə əməl eləsə, sanksiyalar götürülə bilər.



