"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Növbəti erməni fırıldağı

23 Noyabr 2014 - 08:58
in MANŞET
Ermənistandakı raket atışı Qarabağdakı kimi təqdim olunub, Ermənistanda keçirilmiş hərbi təlimlərin023ab48e7b17a4f718d7ecfb23a610d1 video və foto görüntüləri saxtalaşdırılaraq yayımlanıb

 

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Ermənilər “Birlik-2014” hərbi təlimləri zamanı Ermənistanda icra olunan əməliyyatları Qarabağda keçirilmiş əməliyyat kimi təqdim ediblər. Eyni zamanda Ermənistan Respublikasının ərazisində döyüş növbətçiliyi aparan S-300 zenit-raket batareyasını Qarabağa gətiriblər.

 

APA-nın apardığı araşdırmalar zamanı məlum olub ki, ermənilərin mətbuatda və sosial şəbəkələrdə təqdim etdikləri bəzi təlim fotoları Azərbaycanın işğal olunmuş ərazilərindəki təlim epizodlarında deyil, Ermənistan Respublikasının ərazisindəki poliqonlarda çəkilib. Ermənilər bu görüntüləri Qarabağda keçirilən təlimlərdə icra olunmuş fəaliyyətlər adı ilə ictimaiyyətə təqdim etməklə, Qarabağ əhalisində ruh düşkünlüyünü aradan qaldırmaq və Azərbaycan tərəfinə psixoloji təsir göstərmək niyyəti güdüblər.

 

Eyni zamanda bu foto və video kadrların müxtəlif yerlərdə, ayrı-ayrı vaxtlarda çəkilməsi, o cümlədən fotoşop və montaj edilərək yayılması da şübhə doğurmur.

 

Noyabrın 12-də Ağdam rayonu üzərində Ermənistan HHQ-nə məxsus Mi-24 döyüş helikopterinin vurulmasından sonra, ermənilər Qarabağdakı təlimdə 9K33 “Osa” (SA-8 Gecko) zenit raket komplekslərindən atış həyata keçirilməsini əks etdirən fotolar yayımlayıblar. Ermənilər atışın Qarabağda həyata keçirildiyini qeyd etsələr də, konkret hansı ərazidə olduğunu göstərməyiblər.

 

Ermənilərin təlimin sonrakı günlərində yayımladıqları videolardan isə həmin atışın Ermənistanın Qeqarkunik vilayətində, Göyçə gölü sahilində həyata keçirildiyi aydınlaşıb.

 

Azərbaycan hərbi mənbələrindən əldə olunmuş məlumata görə, işğal altındakı ərazilərdə hər hansı bir raket buraxılışı olmayıb. Ermənilərin Qarabağda yerləşdirdikləri “Osa” və 2K11 “Kruq” (SA-4 Ganef) zenit-raket kompleksləri təlimdə yalnız əraziyə çıxmaqla kifayətləniblər.

 

Təlimlər zamanı ermənilərin işğal altındakı Azərbaycan ərazilərinə (Xankəndi yaxınlığına) gətirdikləri bir S-300 zenit-raket batareyası (6 buraxıcı maşın) yerləşdirmələri görüntülərdə əksini tapıb. Hərbçilərin sözlərinə görə, Qarabağda ermənilərin S-300 kompleksi mövcud olmayıb. Yalnız döyüş əməliyyatları zamanı Ermənistandan gəlib yerləşmələri üçün onlara Xankəndi yaxınlığında ayrılmış post yeri var. Görüntülərdə yer alan S-300-lər Qarabağ ermənilərinə dəstək nümayişi üçün təlim zamanı Ermənistanın Gorus rayonundan gətirilməsi və ya kadrların elə oradaca çəkilməsi ehtimalı var.

 

Təlimlərdə Qarabağdakı separatçıların istifadəsindəki 82 mm çaplı 2B9 “Vasilyok” avtomatik minaatanları da diqqət çəkib. Əvvəlki illərdə keçirilən təlimlərdə Qarabağdakı erməni birləşmələrinin silahlanmasında “Vasilyok” minaatanının olmasını əks etdirən heç bir görüntüyə rast gəlinməyib. 1992-1994-cü illərdə Qarabağda döyüş əməliyyatlarında iştirak etmiş hərbçilərin APA-ya verdikləri məlumata görə, qeyd olunan dövrdə ermənilər tərəfindən iki dəfə bu minaatandan istifadə faktı qeydə alınıb. Erməni silahlı dəstələrinin əlində olan 2 ədəd “Vasilyok”dan biri Ağdam rayonunun Orta Güneypəyə kəndi yaxınlığında Daxili Qoşunların, digəri isə Çıldıran yüksəkliyi yaxınlığında Milli Ordunun əsgərləri tərəfindən qənimət götürülüb. Son təlimdə yer alan minaatanların Qarabağdakı hərbi birləşmələrin inventarına təlim ləvazimatı kimi daxil olduğunu güman etmək olar.

 

 

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Serbiya Rusiyadan qorxdu…

Next Post

“Altılıq” – İran danışıqlarında ən sərt mövqeni niyə Fransa nümayiş etdirir?

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

“Altılıq” - İran danışıqlarında ən sərt mövqeni niyə Fransa nümayiş etdirir?

Obamanın seks qalmaqalı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.