"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Hepatit xəstələrinə pulsuz dərman verilir

28 İyul 2022 - 14:45
in SOSİAL

Bunu da oxuyun

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Bu ərazilərimizə qar yağdı

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən yaradılmış müvafiq komissiyanın fəaliyyəti çərçivəsində 2022-ci ilin aprel-iyul ayları ərzində 132 nəfər hepatit B və C xəstəsi müalicəyə cəlb olunub və ödənişsiz dərman preparatları ilə təmin edilib. Belə ki, 28 nəfər hepatit B xəstəsinə “Tenovir”, 104 nəfər hepatit C xəstəsinə isə “Sofosbuvir” və “Daktatasvir” dərman preparatları verilib.

Agentlikdən Elchi.az-a verilən məlumata görə, “B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiya”nın qərarına əsasən və müasir kliniki protokollara uyğun olaraq təyin olunan dərman preparatları Agentlik tərəfindən təchiz edilir.

Bundan başqa müalicənin təyin olunub-olunmaması ilə bağlı qərarın verilməsi məqsədilə Komissiyaya müraciət etmiş şəxslərin bir qismi müvafiq müayinələrə göndərilib, müalicəyə ehtiyacı olmayan digər şəxslərə isə həkim müşahidəsi altında qalmaları tövsiyə olunub. Eyni zamanda müayinələrin nəticələrinə əsasən xəstəlikdən sağalan şəxslər də qeydə alınıb. Ümumilikdə isə Kliniki Tibbi Mərkəzdə fəaliyyət göstərən Komissiya tərəfindən bu ilin 4 ayı üzrə 281 vətəndaş qəbul edilib.

Hepatit B və hepatit C xəstəliyindən əziyyət çəkən şəxslərin tibbi xidmətdən yararlanması üçün ilk növbədə onların sağlamlıq vəziyyəti qiymətləndirilməlidir. Belə ki, hepatit B və C xəstəsi və ya daşıyıcısı olan, eləcə də xəstəliyin əlamətlərini özündə hiss edən və yaxud infeksiyaya yoluxmuş şəxslə təmasda olmuş vətəndaşlar müayinə və müalicə üçün öncə qeydiyyatda olduqları yer üzrə poliklinika və ya Ailə Sağlamlıq Mərkəzinə müraciət etməlidirlər. Onlar sözügedən tibb müəssisələrində həkim-infeksionist və ya ailə/sahə həkiminin göstərişinə uyğun olaraq müayinələrə cəlb olunurlar. Bu tibb müəssisələrində müayinələrin aparılması mümkün olmadıqda pasiyentlər göndərişlə müvafiq dövlət tibb müəssisəsinə yönləndirilir. Növbəti mərhələdə vətəndaşın qeydiyyatda olduğu tibb müəssisəsi müayinə nəticələrinə və tibbi göstərişə əsasən onun tibbi sənədlərini müraciət qaydalarına uyğun olaraq Komissiyaya təqdim edir.

Diqqətə çatdırırıq ki, pasiyent həkimə virusa yoluxma faktını təsdiqləyən son 3 aya aid sənəd təqdim etdiyi halda yeni laborator və instrumental müayinə tələb olunmur. Onun Komissiya tərəfindən qəbul olunması üçün qeydiyyatda olduğu yer üzrə poliklinika və ya Ailə Sağlamlıq Mərkəzi Komissiyanın katibinə elektron müraciət ünvanlayır.

Vətəndaşlar Komissiya tərəfindən əvvəlcədən təyin olunan tarixdə, növbəlilik prinsipi və yalnız qeydiyyat əsasında həftənin çərşənbə günü qəbul olunurlar. Onlar qəbul tarixi ilə bağlı Komissiya katibi tərəfindən öncədən məlumatlandırılır və dəvət olunur. Qəbul zamanı pasiyentin müalicəyə ehtiyacı olub-olmaması ilə bağlı qərar qəbul edilir, zərurət yarandıqda isə əlavə müayinələr təyin olunur. Əlavə müayinəyə ehtiyac olmadıqda Komissiya tərəfindən anamnestik məlumatlar (sağlamlıqla bağlı ətraflı informasiya) toplanılır və xəstənin şikayəti dinlənilir. Buna uyğun olaraq qərar qəbul olunur və pasiyentin səhhəti ilə bağlı müvafiq rəy tərtib edilir.

Rəyə əsasən müalicəsinə qərar verilmiş şəxslərin səhhəti göndəriş verən həkim tərəfindən müşahidə olunmalıdır. Sonda Komissiya müalicəyə cəlb olunan pasiyentə müvafiq dərman preparatları barədə tibbi resept təqdim edir. Reseptə əsasən vətəndaş Kliniki Tibbi Mərkəz tərəfindən dərman preparatları ilə təmin olunur.
Bununla yanaşı, Komissiya tərəfindən müalicəyə ehtiyacı olmayan vətəndaşlara da diqqətlə yanaşılır və onlara bütün lazımi tövsiyələr verilir.

Məlumat üçün bildirək ki, hepatit B və C xəstəliyinin ambulator müalicəsi üçün təyin olunan dərman preparatlarının təminatı icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil deyil. Hazırda Xidmətlər Zərfi ilə hepatit B və C virusunun müayinəsi və stasionar şəraitdə müalicəsi qarşılanır.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İran İsfahanda yeni nüvə reaktoru inşa edəcək

Next Post

Rusiya Kiyevdə hərbi bazanı VURDU

Bənzər yazılar

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

06 May 2024 - 11:46

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az  xəbər...

Bu ərazilərimizə qar yağdı

Bu ərazilərimizə qar yağdı

06 May 2024 - 09:51

Mayın 6-sı saat 9:00-a olan məlumata əsasən Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

05 May 2024 - 15:39

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən xəbərə görə, mayın 6-da Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir ki, bu...

Faktiki hava: Bu rayonlara yağış yağdı

Külək güclənəcək, yağış yağacaq

02 May 2024 - 16:51

Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitinin mayın 4-dək fasilələrlə davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25...

Next Post
Rusiya Kiyevdə hərbi bazanı VURDU

Rusiya Kiyevdə hərbi bazanı VURDU

Ərdoğan Gürcüstana gedəcək

Ərdoğan Gürcüstana gedəcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.