"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ermənilərin artan təxribatları…

28 İyul 2022 - 15:39
in Cebhe-banner, MANŞET

Son günlər Ermənistanla sərhəddə və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə təxribatlar artmaqda davam edir. Bugünlərdə isə bu təxribatlara tuş gələn ərazilərimizin miqyası daha da genişlənib. Buna nümunə olaraq Azərbaycan Müdafiə Nazirliyinin iyulun 26-da açıqladığı məlumatı xatırlada bilərik. Həmin məlumatda qeyd olunurdu ki, ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən ümumilikdə 9 dəfə təxribat xarakterli silahlı insident törədilib. Bunlardan 2-si Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən ordumuzun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutmaqla baş verib. Digər 7 insident isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Tərtər, Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutmaqla qeydə alınıb. Bütün hallarda ordumuzun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Ümumiyyətlə, ermənilərin bu təxribatı hansı məqsədlərə hesablanıb?

Sualımızı cavablandıran hərbi ekspert Emin Həsənli Elchi.az-a bildirib ki, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli Birgə Bəyanatdan sonra erməni tərəfi mütəmadi olaraq təxribatlar törətməkdə davam edir.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi Azərbaycanın gücünü bütün dünyaya nümayiş etdirdi:

“Müharibə nəticəsində erməni ordusu tamamilə məhv edildi. Bu səbəbdən də, 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu. Amma görünən odur ki, ermənilər ağıllarını başlarına yığmayıblar. Son hadisələr bunu deməyə əsas verir. Ümumiyyətlə, Ermənistan heç vaxt beynəlxalq hüquq normalarına əməl etməyib. Ona görə də, Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini öz gücünə icra etdi. Vətən müharibəsindən sonra biz gözləyirdik ki, onlar ağıllarını başlarına yığsınlar. 10 noyabr razılaşmasında tərəflərin öhdəliyi var. Bölgəyə rus sülhməramlılarının gəlməsi ilə yanaşı işğalçı-terrorçu qoşunlar çıxmalıdır. Üçtərəfli bəyanatda bu, konkret əksini tapıb. Rus sülhməramlıları bunu təmin etməlidir”.

Hərbi ekspert qeyd edib ki, sülhməramliların missiyası yalnız Azərbaycan maşınlarını yoxlamaqdan ibarət deyil. Həm də bölgədəki erməni təxribatlarına son qoyulmalıdır:

“Separatçılar dəfələrlə təxribatlar törədiblər. Belə vəziyyət uzun sürə bilməz. Problemlər birdəfəlik həll olunmalıdır, biz bundan sonra da 30 il gözləyə bilmərik. Qarabağdakı ermənilər ya dinc yaşamalıdırlar, ya da Azərbaycan lazımi tədbirlər görəcək. Bu gün Azərbaycan Ordusu çox güclüdür, qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirir. Bundan sonra da istənilən tapşırığı yerinə yetirməyə hazırdır. Əgər ermənilər ağıllarını başlarına yığmasalar, dəmir yumruq yenə də başlarına dəyəcək”.

E.Həsənlinin fikrincə, Azərbaycan qanunsuz silahlı birləşmələrin olduğu ərazilərdə anti-terror əməliyyatları keçirə bilər:

“Çünki dövlətimizin öz sərhədləri çərçivəsində bu əməliyyatları keçirmək hüququ var”.

Dövlət sərhəddində təxribatların törədilməsinə gəlincə, ekspert hesab edir ki, Ermənistan regionda vəziyyəti gərginləşdirməyə çalışmaqla münasibətlərin normallaşdırılması təşəbbüslərinə qarşı çıxır:

“Belə təxribatlar rəsmi İrəvanın özü üçün problemlər yaradacaq. Ermənistan müharibədə məğlub olub, ona görə də mövcud reallıqlarla barışmalı, razılaşmalara, o cümlədən beynəlxalq hüquq normalarına və götürdüyü öhdəliklərə əməl etməlidir. Azərbaycan öz təhlükəsizliyini yüksək səviyyədə təmin edir. Dövlət sərhədində Ermənistanın hərbi təxribatlarının qarşısının necə alındığını görürük. Bu mənada, erməni tərəfinin bütün təxribatları layiqli cavabını alacaq”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ərdoğan Gürcüstana gedəcək

Next Post

Putin Təhlükəsizlik Şurasının iclasını çağırıb

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Next Post
Putin Təhlükəsizlik Şurasının iclasını çağırıb

Putin Təhlükəsizlik Şurasının iclasını çağırıb

Ermənilərin yaydığı bu məlumat yalandır – RƏSMİ

Ermənilərin yaydığı bu məlumat yalandır - RƏSMİ

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.