ABŞ prezidenti Co Bayden və Çin lideri Si Cinpin arasında telefon danışığı baş tutub.
Elchi.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Məlumata görə, danışıqlar 2 saatdan çox davam edib.
Bayden sonuncu dəfə mart ayında Si Cinpin ilə danışıqlar aparıb və Pekinin Rusiya müharibəsinə maddi dəstək verməsinin “nəticələri” barədə xəbərdarlıq edib.





